İnsan ücün ən yaddaqalan günlərin başlıcası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd olunur.Belə ad günü qeyd edən insanlardan biridə Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında və Azərbaycan ordusunda müxtəlif vəzifələrdə xidmət etmiş, Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı- istefada olan polkovnik-leytenat Məhərrəm Həsənovdur.Avqust ayının 5-də Məhərrəmin dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alınıaçıq, üzüağ çıxan, Məhərrəm Həsənovu belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunlarının ehtiyatda və istefada olalan zabitləri, döğmaları,əzizləri, yaxınları, döyüşçü və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,
Məhərrəm qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl, istəklərinə uyğun, sizi xoşbəxt edəcək şəkildə keçsin.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı- istefada olan polkovnik leytenant Həsənov Məhərrəm Mehralı oğlu 1957- ci ilin avqust ayının 5-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1974 -cı ildə Naxçıvan şəhərində orta məktəbi bitirib.1975 - 1977 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub.
Məhərrəm Həsənov 1979- cu ildə SSRİ Müdafiə Nazirliyinin gizirlər məktəbini, 1984 - ci ildə isə SSRI Müdafiyə Nazirliyinin Novosibirski vilayətində yerləşən Ali Sıyası hərbi məktəbi bitirib.
1981 -1986- ci illərdə SSRİ Müdafiə Nazirliyinin Macarıstan Xalq respublikasında yerləşən hərbi hissələrin birində, 1987-1991ci ilLərdə SSRI Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin birində müxtəlif vəzifələrdə olub.
Məhərrəm Həsənov 1992-1994-cü ilərdə, 2001- 2006 -cı illərdə, Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasında yerləşən hərbı hissələrində tabor komandiinin müavini, tabor qərargahnın rəisi, tabor komandiri, təlim-tədris mərkəzinin rəisi,1995-2000-ci illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin Naxçıvan Muxtar respublikasında yerləşən Əlahiddə hərbi hissənin komandiri vəzifəsində Vətənə və Xalqa sədaqətlə xidmət edib.
İstefada olan polkovnik- leytenant Məhərrəm Həsənov peşəkarlığı, humanistliyi,sadəliyi və səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 32 (otuz iki) ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirib.
Silahlı qüvvələr və müharibə veteranı- istefada olan polkovnik leytenant Məhərrəm Həsənov Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili Qoşunlara həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin,inzibati binaların,
təchizat anbarların və hərbi şəhərciklərinin mühafizə olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşçarın qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirıərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə üzərinə düsən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Məhərrəmm Həsənov Azərbaycan respublikası Konstitusiyasına və Qanunlarına,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur.
Polkovnik leytenant Məhərrəm Həsənov SSRİ və Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illərdə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və digər xidmətlərə görə SSRİ və Azərbaycan Respublikasının Müdafiə Nazirlərinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin, korpus və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əlaçı və yubiley döş nisanları ilə təltif olunub,bir çox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkur elan edilib və aşağıdakı medalarla təltif edilib:
1.”Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı" medalı ilə;
2.”SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;
3.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
4.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə ;
6.”Qüsursuz xidmətə görə” 3 dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
MƏHƏRRƏM MÜLLİM DOĞUM GÜNÜN MÜBARƏK !
HEÇ VAXT DƏRD QƏM GÖRMƏYƏSƏN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
100 (yüz) YAŞA, SAGLAM YAŞA.
ALLAH SƏNİ QORUSUN !
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder