Təbrik:Polkovnik Çingiz Daşdəmirov- 61



     Daxili İşlər Nazirliyinin  (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan, Azərbaycan Respublikasının  Silahlı Qüvvələr və Müharibə Veteranı- polkovnik Daşdəmirov Çingiz Əli oğlunun avqust ayının 15 də  dünya göz açdığı gündür. 

Daim həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan,   Silahlı Qüvvələr və Müharibə Veteranı – istefada  olan polkovnik Çingiz Daşdəmirovu  doğum    gün münasibətilə Daxili Qoşunların  ehtiyatda və istefada olan  zabitləri,  doğmaları,əzizləri, yaxınları, iş və döyüşcü yoldaşları  səmimi qəlbdən  təbrik edir,səbəbkara  həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,
 Çingiz müəllim qoy  yaşının üstə gələn bu yaş da sizə  sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

polkovnik  Daşdəmirov  Çingiz  Əli oğlu  15 avqust 1963 - cü ildə Azərbaycan Respublikasının İsmayıllı rayonun  Balik kəndində zəhmətkeş bir ailədə anadan olub.  O, 1980- ci ildə İsmayıllı rayonunun Balik kənd orta məktəbini bitirib.
  Çingiz Əli oğlu Daşdəmirov  1981 -1982- ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Perm şəhərində yerləşən hərbi hissələrin birində  müddətli həqiqi hərbi xidmətdə olmuşdur. O,müddətli həqiqi hərbi xidmətə olduğu ildə Perm şəhərində  kicik komandirlər hazırlayan cavuşlar məktəbini bitrdikdən sonra xidmət etdiyi hərbi hissədə müddətli həqqi hərbi xidmət  çavuşu vəzifəsində xidmət edib. 
Polkovnik Çingiz Daşdəmirov  1982- ci ildə  SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vladikafkazda (Əvvəllər  Ordzhonikidzedə) yerləşən   Ali Hərbi  məktəbə daxil olub, 1986- ci ildə isə həmin ali hərbi məktəbi, 2007-ci ildə isə Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Starateji Araşdirmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik  kursu bitrib.
Çingiz Daşdəmirov  2010- ci ildə Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin xidməti fəaliyyəti ilə yaxindan taniş olmaq  ücün, tanışlıq və təcürbə məlumatların toplanması və gərəkli cəhətlərin öyrənilməsi məqsədilə Ankara İstanbul İzmir, Foce şəhərlərində işguzar səfərdə olub.
 O, 1986 -cı ildən 1991 -ci ilə kimi  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ukrayna Respublikasında yerləşən hərbi hissələrinbirində müxtəlif vəzifələrdə xidmət edib. 
1992-  2016-cı  illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Sumqayıt şəhərində, Nərmanov və  Hacıqabul rayonunda yerləşən hərbi hissələrində qəragah rəsinin müavini, hərbi hissə komandirinin müavinini- qərargah rəisi, hərbi hissə komandiri, Daxili Qoşunların Bas İdarəsinin İnspeksiyasında isə inispektor, baş inispektor və İnispeksiya rəisinin müavini  vəzifələrində Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir. 
Çingiz Daşdəmirov  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  iştirak edib və ağır yaralanıb. O,1992- ci ilin iyun ayında döyuş mövqeyində ezamiyyətdə olarkən komandirlik etdiyi şəxs heyət Agdam rayonunun Aranzəmin, Pircamal  və Naxçıvanik yaşayış məntəqələri  uğrunda gedən döyüşlərdə mərdliklə vuruşaraq  düşmənin otuzdan  cox quvvəsini və bir zirehli  texnikasını məhv edərək uğurlu əks hücum əməliyyat nəticəsində Aranzəmin və Pircamal kəndləri duşməndən azad etmişdi.
Çingiz Daşdəmirov Daxili Qoşunların Baş İdarəsinin İnispeksiyasinda müxtəlif vəzifələrdə  xidmət etdərkən, Daxili Qoşunların Bas İdarəsinin İdarə, şöbə və xidmətlərinin  eləcədə DQBİ-nin hərbi hisələrinin və əlahiddə bölmələrinin xidmət fəaliyyətini yoxlayarkən səmərəli fəaliyyəti, işgüzarlığı,mənəvi keyfiyyəti, nəzəri və praktiki biliyi ilə daimi Daxili Qoşunlar Komandanın və Daxili Qoşunların Baş İdarəsinin  İnispeksiya rəisinin diqqət mərkəzində olmuşdur.
Silahlı Qüvvələr və Nüharibə  Veteranı- istefaa  olan polkovnik Çingiz Daşdəmirov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Hərbi Andin, hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrinin  və Daxili Qosunların Baş İdarəsinin  İnispeksiyası haqqında əsasnamənin tələblərinə və vəzifə borcuna əməl etməkdə  tabeliyindəkilər ücün nümnə olmuş,Qanunvericiliklə Daxili Qoşunlara həvalə  olunmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Polkovnik Çingiz  Daşdəmirov  1999- 2001-ci illərdə  Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları  (MN,DİN, ƏN, MTN, XDMX və  SQ) əməkdaşları və hərbi qulluqçuları arasında keçirilən «Atıcıq»  üzrə idman yarışlarında 12  (oniki) komanda  arasinda yüksək nəticələr göstərərək  1- ci  və 2- ci yerlərə layiq görülmüş  Daxili İşlər Nazirliyinin  yığma komandasınin tərkibində  Ç.Daşdəmirov  DİN-in  yığma komandasının qələbəsinə öz layıqlı tövhəsini vermişdir.
 Polkovnik Çingiz Daşdəmirov yüksək peşəkarlığı,işgüzarlığı,vətənpərvərliyi, humanistliyi və sadəliyi  ilə seçilən, ömrünün ən mənalı həyatının   35 ildən çoxunu hərbi xidmətə həsr etmişdir.
Xidmətdə fərqlənməyə görə polkovnik Çingiz Daşdəmirov SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin,Daxili Qoşunlar Komandanlarının, Daxili Qoşunlar Komandanın müavinlərinin, Daxili Qoşunların Bas İdarəsinin İnispeksiya rəisinin, təhsil aldığı ali hərbi məktəb rəisinin, xidmət etdiyi  diviziya   və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə  əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəsi  döş nisanları ilə təltif olunub, bir cox  fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırlıb və ona təşəkkür elan  edilib.
Hal -hazirda- istefada olan polkovnik Çingiz Daşdəmirov  Daxili Qoşunların Veteranlar şurasının sədri kimi ictimai vəzifəni yerinə yetirir.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsüzliyin qorunmanda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz  silahlı dəstənin zərərləşdirilməsində xüsusi fəriqləndiyinə görə polkovnim Cingiz Daşdəmirov  aşağdakı medallarla təltif olunub:

1.“Vətən uğrunda” medalı ilə;
2.“Azərbaycan  Respubolkasının Silahlı Qüvvələr Veteranı” medalı ilə;
3. “Hərbi xidmətdə fərqləndiyinə görə 3-cü dərəcəli” medalı ilə;
4. “ SSRİ Silahlı  Qüvvələrinin  70 illiyi  (1918-1988)”yubiley  medalı ilə;
5.”Azərbaycan  Respubilkasının Silahlı  Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
6.”Azərbaycan Respublikasının   Silahlı  Qüvvələrinin  90 illiyi ( 1918-2008)” yubiley  medalı ilə;
7.”Azərbaycan  Respubilkasının Silahlı  Qüvvələrinin  95 illiyi  (1918-2013)” yubiley medalı ilə;
8.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə  20 təqvim ili xidmətə görə;
9.”Qüsursuz xidmətə görə 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
10.“Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ÇİNGİZ MÜƏLLİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HEÇ VAXT DƏRD QƏM GÖRMƏYƏSƏN!

100 YAŞA, SAĞLAM YAŞA. 

ALLAH SƏNİ QORUSUN !

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı- polkovnik Salman Musayev






Hiç yorum yok:

Yorum Gönder

Pages