Təbrik:Mayor Ziya Əsədov



    
Daxil İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəsti - xətti olan, yüksək peşəkarlığı, dərin zəkası,  vətənpərvərliyi,  gözəl nitq qabiliyyəti, sadəliyi, insanpərvərliyi və səmimiyyəti   ilə seçilən, ehtiyatda olan mayor Əsədov Ziya Ramiz oğlunun avqusth ayının 7 - də  dünya göz açdığı gündür.
 
Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda olan  mayor  Ziya Əsədovu  doğum günü münasibətilə  Din-in Daxili Qoşunlarının  ehtiyatda və istefada olan zabitləri,doğmaları ,yaxınlarıvə iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,
  Ziya qoy hər yeni yaşınız  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz  isə  sizi istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.
  
Mayor Əsədov Ziya Ramiz  oğlu  avqust ayının  7 -də Azərbaycan Respublikasının   Lənkəran rayonunda   zəhmətkeş  bir ailədə
 anadan olub.
   
1997 - ci ildə Lənkaran şəhər 1 nömrəli tam orta məktəbi,  2002- ci ildə   Bakı Ali  Ümümqoşun  Komandirlər Məktəbini (BAÜKM), 2003 - ci ildə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Xəzər rayonunda yerləşən təlim- tədris  mərkəzində  zabitlərin ixtisas
artırma kursunu bitrib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində isə Türkiyə Jandarma  Qüvvələrinin hərbi məktəblərinin birində  kəşfiyyat rəisi kursunda olub. O, hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyə Jandarma  qüvvələrinin hərbi hissələrində, hərbi məktəblərində və əlahiddə bölmələrində işgüzar səfərdə olub.
     
2003-2018 - ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  Quba,  Bərdə rayonlarında və Gəncə şəhərlərində yerləşən hərbi hissələrində taqım komandiri, bölük komandirin tərbiyəvi işləri üzrə müavini, böluk komandiri,xüsusi təynatlı dəstənin kəşfiyyat rəisi, xüsusi təynatlı dəstə rəisinin  müavini- qərargah rəisi, xüsusi vastələrin tətbiqi  taborun komandiri vəzifələrində  Millətə, Vətənə, Dövlətə  və Xalqa  sədaqətlə xidmət  edib.
 
Ziya Əsədov Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara səxsi  nümunə olub.

Mayor Ziya
Əsədov Daxili Qoşunların  Baş İdasində, təlim -tədris mərkəzlərində və hərbi hissələrində keçirilən bir çox  təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, hərbi və xüsusi - taktiki təlimlərdə,nümnəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq edib.
    
 Mayor Ziya Əsədov  həmişə ulu öndərin idealarına, dövlət başçımızın yerdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan  zəhmətkeş zabit olub.  

Qanunvericiliklə  müəyyən edilmiş qaydada  DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,
şəhərdə, yaşayış yerlərində və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış  məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində,qəzalar, yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər  və başqa fövqalədə hallar (fövqaladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
    
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri iIə əlaçı   və yubiley döş  nişanları ilə təltif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
      Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaradılmasının ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında iştirak etdiyinə,
döyüşlər və xüsusi əməliyatlar zamanı şücaət, fədakarlıq göstərdiyinə və  öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə mayor Əsədov Ziya Ramiz  oğlu aşağıdakı medallarla təltif olunub:

1.”Hərbi xidmətlərə görə" medal ilə,

2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)”  yubiley medalı ilə;

3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95- illiyi (1918 -2013)” yubiley  medalı ilə;

4."Qüsursuz  xidmətə görə" 3 -cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə  10 təqvim ili  xidmətə görə;

5."Qüsursuz xidmətə görə" 2-ci  dərəcəli medal  ilə
 - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

6.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə  20 təqvim ili xidmətə görə.

Hərbi yoldaşları  Ziya Əsədovu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  ZİYA.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
  
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr  və Müharibə Veteranı polkovnik Salman Musayev
   

   

Hiç yorum yok:

Yorum Gönder

Pages