Təbrik:Mayor Vidadi Rzayev- 52



  Peşəkarlığı, humanistliyi,  vətənpərvərliyi,   sadəliyi, insanpərvərliyi və səmimiyyəti   ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş ehtiyatda olan mayor  Rzayev Vidadi Vaqif oğlunun avqust ayının 11 - də  dünyaya göz açdığı gündür.  
 
Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan  mayor Vidadi Rzayevi  belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin  (Din-in) Daxili Qoşunlarının  ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Vidadi qoy hər yeni yaşınız  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz  isə  sizi istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.

Mayor Rzayev Vidadi Vaqif  oğlu  1972-ci ilin  avqust ayının  11 -də Azərbaycan Respublikasının  Füzuli rayonunun Mirzəcamalı kəndində zəhmətkeş  bir  ailədə
 anadan olub.
   
1987 - ci ildə Füzuli rayonun Mirzəcamalı kənd  orta məktəbin 8-ci  sinifini, 1989 -cu ildə Füzuli şəhər     tam orta məktəbi, 1994 -cü ildə   Bakı şəhər Politexnik texnikomunu, 1999- cu ildə  isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən zabit heyətin hazırlığı kursunu bitrib.

Mayor Vidadi Rzayev 1990- 1992-ci illərdə Azərbaycan Ordusunda müddətli həqiqi   hərbi xidmətdə olub.1996-2015 - ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Hacqabul rayonunda  yerləşən hərbi hissədə  qarovul rəisi,  taqım komandiri,  böluk  komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri, rabitə və ais  xidmətinin rəisi   vəzifələrində Millətə,  Vətənə  və Xalqa  sədaqətlə xidmət edib.2016-cı ildən etibarən Müdafiə Nazirliyinin  Mərkəzi poliklinikasında təsərrüfat müdiri işləyir. 

Vidadi Vaqif  oğlu  Rzayev Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi  nümunə olmuşdur..O, Daxili Qoşunların  Baş İdasində, təlim -tədris mərkəzlərində və hərbi hissələrdə keçirilən bir çox  təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, hərbi və xüsusi - taktiki təlimlərdə,nümnəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq edib.
 
  Mayor Vidadi Rzayev Qanunvericiliklə müəyyən edilmiş qaydada   DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,
şəhərdə, yaşayış yerlərində və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış  məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların,bədbəxt hadisələrin,yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
    
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin hərbi hissə komandirinin,təlim-tədris mərkəzi  rəisinin müvafiq əmrləri iIə əlaçı   və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
      Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında iştirak etdiyinə,
döyüşlər və xüsusi əməliyatlar zamanı şücaət, fədakarlıq göstərdiyinə və  öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə  mayor  Rzayev Vidadi Vaqif oğlu aşağıdakı medallarla təltif olunub:

1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 iliyi  (1991-2001)” yubiley medalı ilə;


2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008 )”  yubiley medalı ilə;

3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95- illiyi (1918 -2013)” yubiley  medalı ilə;


4."Qüsursuz  xidmətə görə" 3 -cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə  10 təqvim ili  xidmətə görə;

5."Qüsursuz xidmətə görə" 2-ci  dərəcəli medal  ilə
 - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
 6.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.



Hərbi yoldaşları  Vidadi Rzayevi vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  VİDADİ!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
  
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr  və Müharibə Veteranı polkovnik Salman Musayev
   

   

Hiç yorum yok:

Yorum Gönder

Pages