Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst -xətt olan, peşəkarlığı, dərin zəkası,işgüzarlığı və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş, Azərbaycan Reslubilkasının müharibə veteranı - istefada olan mayor Tofiq Eminovun avqust ayının 31 -də dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan- istefada olan mayor Tofiq Əmmin oğlu Eminovu doğum günü münasibətilə Daxli İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Tofiq müəllim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin və hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor Eminov Tofiq Əmmin oğlu 1967 -ci ilin avqust ayının 31- də Azərbaycan Respublikasının Lənkaran şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1984 - cü ildə Lənkaran şəhər orta məktəbini, 1995 - cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Müdafiə Nazirliyinin Qaradağ rayonunun ərazisində (Qaraheybətdə) yerləşən təlim-tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə , komanda qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
Tofiq Eminov 1985-1987 -ci illərdə Sövet Ordusunun Komsomolsk-on Amur-də,Xabarovski diyarı-də yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1995- 2014-ci İllərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Lənkaran şəhərində yerləşən hərbi hissəsində idman və fiziqi hazırlığ rəisi,döyüş hazırlığı bölməsinin rəis əvəzi, mühəndis xidməti rəisi və hərbi hissənin qərargah rəisi əvəzi vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət edib.
Tofiq Eminov 1992- 1993- cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək, üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə veteranıdır.
Mayor Tofiq Eminov qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin,inzibati binaların, inzibati binaların, təchizat anbarların, hərbi yüklərin mühafizəsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai təhlükəsizliyin təmin olunmasında, quraşdırılmış partlayıcı qurğuların axtarılmasında,zərərləşdirilməsində və məhv edilməsində, qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbbi fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi və iş yoldaşları Töfiq Eminovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.Tofiq Eminov istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təlim-tədris mərkəzi rəislərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı, yibiley və idman dərəcəsi döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla,diplomlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və digər xidmətlərinə görə aşağıdakı medallarla təltif edilib:
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)” yubiley medalı ilə;
3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918 - 2013)” yubiley medalı ilə;
4."Qüsursuz xidmətə görə"
3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6."Qüsursuz xidmətə görə 1 -ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
TOFİQ DOĞUM GÜNÜN MÜBARƏK OLSUN !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,
BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder