Təbrik:Mayor Əlihüseyin Hüseynov-62



 
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst- xətti olan, peşəkarlığı, hümanistliyi, vətənpərvərliyi,    səmimiyyəti, işgüzarlığı və mənəvi keyfiyyətilə  seçilən, müharibə veteranı- istefada olan Mayor  Əlihüseyn   Hüseynovun  sentyabr ayının 2-də dünya göz açdığı gündür.
     
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan- müharibə veteranı Əlihüseyn Hüseynovu belə bir əlamətdar  gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, yaxınları, iş və döyüşcü yoldaşları səmimi  qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib, deyirlər Əlihüseynin qoy  yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin və hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Müharibə Veteranı- istefada olan Mayor Hüseynov Əlihüseyn Mürsəl oğlu  1962 ci ilin  sentyabr ayının 2-də Azərbaycan Respublikasının  Lerik rayonuun  Züvüc kəndində zəhmətkeş bir ailədə anadan olub.
      
1979 - cu ildə  Lerik rayonun Züvüc kənd orta məktəbini,  1989-cu ildə  Azərbaycan Dövlət Universitetini bitirib. O,Daxili işlər nazirliyi   Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox metodiki-  təlim  toplanışlarda, müvafiq kurslarda, xüsusi- taktiki təlimlərdə, komando- qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.
  
1983- 1985-ci İllərdə Sovet Ordusunun  Gürcüstan Respublikasının  Axalkalaki rayonunda yerləşən hərbi hissələrin birində müddətli  həqiqi hərbi xidmətdə olub.

1992- 2002- ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının   Ağdam, Zəngilan,  Füzuli,Zaqatala,  və Binəqədi rayonlarında, Sumqayıt və Gəncə şəhərlətində yerləşən hərbi hissələrində tərbiyə bölməsində  baş təlimatcı,  tabor və alay komandirinin  tərbiyəvi işləri üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin (Mənəvi pisxoloji hazırlığı) şəxsi heyətlə iş şöbəsində isə baş zabit vəzifələrində Millətə,  Vətənə və Xalqa,  sədaqətlə xidmət edib.
  
Hərbi yoldaşları  Əlihüseyn  Hüseynovu vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
    Qanunvericiliklə müəyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların  yerinə yetirilməsində, dövlət əhmiyətli obyektlərin, inzibatı binaların və hərbi yəchizat anbarların  mühafizə olunmasında, şəhərdə,
yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasındavə ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendat xidməti) zamanı hüquqi rejimin təmin edilməsində,  eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümünə olmuşdur. 
     Azərbaycanın ərazi bütövlüyü uğrunda(Ağdam, Ağdərə,  Füzuli və Zəngilan rayonunları  istiqamətində)  gedən döyüşlərdə fəal  iştirak edib.Müharibə Veteranıdır.
     
Hərbi və ictimai  vəzifələrinin icrasına məsuliyyətlə yaşadığına və digər xüsusi xidmətlərinə görə müvafiq medallarla, əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub,bir cox   fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və   ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ƏLİHÜSEYN.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr və  Müharibə Veteranı  polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages