İnsan ücün ən yaddaqalan günlərdən biri onun doğum günüdür.Ömürə bəzək olan ad günü hər il xüsusu qeyd olunur.Belə ad günü qeyd edən insanlardan biridə Daxili işlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst- xətti olan -ehtiyatda olan mayor Hidayət Əmiraslanovdur. Avqust ayının 20 -də onun dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan Hidayət Əmraslanovu belə bir əlamətdar gün münasibətiilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib -tükənməyən nəaliyyətlər arzu edib deyirlər, Hidayət qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin.
Mayor Əmiraslanov Hidayət Zakir oğlu 1978 -ci ilin avqust ayının 20-də Azərbaycan Respubilkasının Gorbonboy rayonunda ziyalı ailəsində anadan olub.
1994-cü ildə Gəncə şəhərində 10 saylı tam orta məktəbi, 1998-ci ildə Azərbaycan Aqrar Universitetini (mexanizasiya fakultəsini), 1999-cu ildə Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən zabit və gizir heyətinin hazırlığı və ixtisasartırma kursunu bitrib.O,hərbi təcürbə mübadiləsi əldə etmək ücün Türkiyə Jandarma Qüvvələrinin Anqara,İstanbul və İzmir (Foce) şəhərlərində işgüzar səfərdə olub.
Mayor Hidayət Əmiraslanov Din-in Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirlən müvafiq kurslarda,bir cox nümnəvi-göstərci məşğələlərdə xüsusi-taktiki təlimlərdə, təlim– metodiki toplanışlarda,komanda-qərargah məşqilərində,seminar və konfranslarda fəal iştirak etmişdir.
Hidayət Zakir oğlu Əmiraslanov 1999-cu ildən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında həqiqi hərbi xidmətə başlamışdır.1999 - 2020 - ci illərdə Daxili Qoşunların Gəncə şəhərində, Hacqabul və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, bölük komandiri, təminat tabor komandirinin tərbiyəvi işləri üzrə müavini, briqadanın (alayın) qərargah rəisinin xidməti üzrə köməkçisi vəzifələrində xidmət etmişdir.
Mayor Hidayət Əmiraslanov peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 23-ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirib.
Mayor Hidayət Zakir oğlu Əmiraslanov Din-in Daxili Qoşunlarda xidmət etdiyi müddətdə şəxsən , Azərbaycan Respublikasının Konustutiyasına və qanunlarına, Hərbi Andın , hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur .
Hidayət Əmiraslanov Qanunvericliklə müəyyən edilmiş qaydada Daxili Qoşunlara həvalə etmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin,inzibati binaların, hərbi şəhərciklərin, təçhizat anbarların mühafizə edilməsində, cinayətkarlığa qarşı mübarizədə, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasındavə ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və islah-əmək nüəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar (fövqəladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Mayor Hidayət Əmiraslanovun rəhbərlik etdiyi bölük 2004-cü ildə xidməti - döyüş fəaliyyətinin yekunlarına, döyüş və ictimai-siyasi hazırlığında yüksək nəticələr əldə etdiyinə görə hərbi hissə komandirinin müvafiq əmri ilə "Keçici Kubok" ilə təltif olunmuşdur.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşrıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə, Daxili işlər Nazirinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə və yubiley döş nişanları ilə, bir cox fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə təltif olunub, ona vaxtından əvvəl “kapitan” hərbi rütbəsi verlib, təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:
1.“Hərbi xidmətlərə görə” medalı ilə;
2.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 2 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xudmətə görə;
4.”Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
6.” Azərbaycan Reslubilkasının Silahlı Qüvvələrinin 95 illiyi (1918- 2013)” yubiley medalı ilə.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder