Daxil İşlər Nazirliyinin Daxili Qoşunların həyatında öz dəsti - xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, vətənpərvərliyi, gözəl nitq qabiliyyəti, sadəliyi, insanpərvərliyi və səmimiyyəti ilə seçilən,veteranmız- ehtiyatda olan ma6 Məhərrəmov Azər Fəxrəddin oğlunun avqust ayının 11 - da dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, veteranmız- ehtiyatda olan mayor Azər Məhərrəmovu belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, yaxınlarıvə iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Azər qoy hər yeni yaşınız sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor Azər Fəxrəddin oğlu Məhərrəmov Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara səxsi nümunə olmuşdur..O, Daxili Qoşunların Baş İdasində, təlim -tədris mərkəzlərində və hərbi hissələrində keçirilən bir çox təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, xüsusi - taktiki təlimlərdə,nümnəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.
Mayor Azər Fəxrəddin oğlu Məhərrəmov Qanunvericiliklə müəyyən edilmiş qaydada Din- in Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,
şəhərdə, yaşayış yerlərində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar (fövqəladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Öz vəzifə borcunu və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqlən və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təlim-tədris mərkəzi rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri iIə bir sıra medallarla, əlaçı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları Azər Məhərrəmovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN AZƏR.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder