Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan, dərin zəkası, gözəl nitq qabiliyyəti,səmimmiyəti,yüksək peşəkarlığı, intellektual səviyyəsi, səmərəli fəaliyyəti, iradi və mənəvi keyfiyyətləri ilə seçilən,ömrünün ən məhsuldar dövrünü Daxili işlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin mənzil-istismar xidmətində keçirmiş- istefada olan mayor Almaz Quliyevanınin avqust ayının 27-də dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanların alınıaçıq və üzüağ çıxan Almaz xanımı belə bir əlamətdar gün mübasibətilə Din-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, doğmaları, yaxınları və iş yoldaşları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Almaz xanım qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl kecsin.
Öz tutduğu vəzifəni çox sevən və öhtəsindən layıqınca gələn- istefada olan mayor Quliyeva Almaz Məhəmməd qızı 27 avqust 1959 -cu ildə Tərtər rayonunun Qaradağlu kəndində zəhmətkeş bir ailədə anadan olub.
Heç kəsi özündən inçitməyən, xoş rəfftarı və şirin dilli ilə hər kəslə doğmalıq yaradan Almaz xanım 1966-ci ildə Tərtər rayonun Qaradağlu kənd orta məktəbi, 1982- ci ildə isə Bakı şəhərində Xarici Dillər Üniverstetini bitirib.
Hərbi xidmətdə öz tutduğu vəzifəni və ictimai iş mükkəməl bilən və şərəf hissi ilə yerinə yetirən Almaz xanım 1982-1991-ci illərdə orta məktəbdə müəllim, Azərbaycan Milli Elmlər akademiyasında isə kadırlar şöbəsinin inspektoru və baş inispektoru vəzifələrində işləmişdir.
Öz davranışı, dürüstliyi,insanpərvərliyi,sadəliyi,dəqiqliyi,təmkinliyi,vətənpərvərliyi və xeyirxahlığı seçilən, Almaz xanım Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində xidmət edən ilk təcrübəli və peşəkar qadın zabitlərdən biri olmuşdur.
İstefada olan mayor Almaz Məhəmməd qızı Quliyeva 1992 -2013-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin maddi- texniki təminat idarəsinin mənzil-istismar xidmətində baş zabit vəzifəsində şərəflə xidmət etmişdir.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən mayor Almaz Quliyeva Daxili Qoşunların Baş İdarəsində tender, mənzil -məişət komisiyalarının katibi, qadınlar şurasının isə sədr müavini kimi ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin, Daxili Qoşunların Bas İdarəsinin maddi- texniki təminat idarəsi üzrə əsanamə və təlimtların tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işundə Almaz xanım bir çox hərbi qulluqculara daimi nümnə olmuşdur.
Böyüklə-böyük,kiçiklə-kiçik olan,sözü ilə əməli düz gələn- istefada olan mayor Almaz Quliyeva səmərəli fəaliyyəti ilə, nəzəri və praktiki biliyi ilə, işgüzarlıq və mənəvi keyfiyyət ilə, təşkilatclıq bacarığı və xidməti vəzifələrinin “əla” yerinə yetirilməsi ilə Daxili Qoşunlar Komandanlıgnın daimi diqqət mərkəzində olmuşdur.
İntizamlı, verdiyi vədi həmişə dəqiq və sözsüz yerinə yetirən Quliyeva Almaz Məhəmməd qızı 1992- 2013-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinində komandir və ixtisas hazırlığı üzrə keçirilən bütün məşğələlərdə,təlimlərdə, seminarlarda, yekun və inispeksiya yoxlamalarında əla qiymətlər aldıgına görə Daxili Qoşunlar Komandanı və onun müavinləri tərəfindən həvəsləndirmə qaydasında mükafatlandırıb.
Almaz xanım səmərəli fəaliyyəti,
təvəzökarlığı və humanistliyi ilə seçilən, ömürünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu hərbı xidmətdə keçirərək,Millətə, Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Həddindən artıq vətəninə,xalqına bağlıi insan,işlədiyi kollektiv arasında böyük nüfuza malik olan- istefada olan mayor Quliyeva Almaz Məhəmməd qızı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsində, Azərbaycan Milli Elmlər Akademiyasında işlədiyi müddətdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə O, Daxili İşlər Nazirin , Daxili Qoşunların Komandanın və onun müavinlərinin,xidmət rəisinin, Azərbaycan Elmlər Akademiyasının rəhbərliyinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı və yubiley nişanları ilə təltif olunub,bir çox fərmanlarla ,qiymətli hədiyyələrlə (pul mükafatı ilə) mükafatlandırlıb, ona təşəkkur elan edilib və aşağıdakı
medallarla təltif olunub:
1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yibiley medalı ilə;
2.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
3.”Azərbaycan Respubilkasının Sillahlı Qüvvələrinin 95 illiyi (1918-1913)” yubiley medalı ilə;
4.”Qüsursuz xidmətə görə 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6.”Qusursuz xidmətə görə 3- cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlıqla, terrorçuluga və digər təhlükəli cinayətlərə qarşı mübarizədə xüsusi ilə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezıdentının müvafiq sərəncamı ilə 2008 -ci ildə mayor Almaz Quliyeva "Hərbi xidmətlərinə görə " medalla təltif edilib.
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN
ALMAZ XANİM!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN,ÖMRÜN UZUN OLSUN!
100 YAŞA.
DAİMA SAĞLAM VƏ FİRAVAN YAŞA
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder