Təbrik:Kapitan Rəhİm Hüseynov- 58



    
  Peşəkarlığı, humanistliyi,dərin zəkası,  vətənpərvərliyi, xeyirxahlığı, sadəliyi, insanpərvərliyi,təmkinliyi, dəqiqliyi,işgüzarlığı  və səmimiyyəti   ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş,istefada  olan kapitan Hüseynov Rəhim Mustafa oğlunun avqust ayının 15 - də  dünya göz açdığı gündür .
 
Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan,  istefada  olan  kapitan Rəhim Hüseynovu belə bir əlamətdar gün münasibətilə  Din-in Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,doğmaları, yaxınlarıvə iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Rəhim qoy hər yeni yaşınız  sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz  isə  sizi istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.

Kapitan Hüseynov Rəhim Mustafa   oğlu  1966 -cü ilin  avqust ayının  15 -də Gürcüstan  Respublikasının  Bolnisi  rayonunun Faxrall  kəndində ziyalı   bir ailədə
 anadan olub.
   
Kapitan Rəhim Hüseynov 1984 -1986-  cı illərdə Sovet ordusunda müddətli  həqiqi hərbi xidmətdə olub. 

1994-2012 - ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Nərmanov rayonunda yerləşən hərbi hissədə və əlahiddə  dayaq rabitə  qovşağında müxtəlif   vəzifələrdə Millətə,Dövlətə,  Vətənə  və Xalqa  sədaqətlə xidmət  edib.

Rəhim Mustafa oğlu Hüseynov Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi  nümunə olmuşdur. O, Daxili Qoşunların  Baş İdasində, təlim -tədris mərkəzlərində və hərbi hissələrində keçirilən bir çox  təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, xüsusi - taktiki təlimlərdə,nümnəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir
 
  Kapitan Rəhim Mustafa  oğlu Hüseynov Qanunvericiliklə müəyyən edilmiş qaydada  DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,
şəhərdə, yaşayış yerlərində və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış  məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, fövqalədə hallar (fövqəladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların,bədbəxt hadisələrin,yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
    
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin və əlahiddə dayaq rabitə qovşağ rəisinin   müvafiq əmrləri iIə əlaçı   və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
      Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaradılmasının ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında iştirak etdiyinə, xüsusi əməliyatlar zamanı şücaət, fədakarlıq göstərdiyinə və  öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə  kapitan Hüseynov Rəhim Mustafa oğlu aşağıdakı medallarla təltif olunub:

1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  10 illiyi (1991- 2001 )”  yubiley medalı ilə;

2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  90- illiyi (1918 -2008)” yubiley  medalı ilə;

3."Qüsursuz  xidmətə görə" 3 -cü dərəcəli medal - Silahlı Qüvvələrdə  10 təqvim ili  xidmətə görə;

4."Qüsursuz xidmətə görə" 2-ci  dərəcəli medal ilə
 - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
 
5.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.


Hərbi yoldaşları  Rəhim Hüseynovu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  RƏHİM.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
  
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr  və Müharibə Veteranı polkovnik Salman Musayev
   
   

Hiç yorum yok:

Yorum Gönder

Pages