Təbrik:Kapitan İlham Qırtımov -62



    
Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarının və Zakatala rayon  Aşağı Tala kənd  3 saylı  tam orta  məktəbin həyatında  öz dəsti - xətti və xüsusi xidmətləri  olan, yüksək peşəkarlığı, dərin zəkası,  vətənpərvərliyi,  gözəl nitq qabiliyyəti, sadəliyi, insanpərvərliyi və səmimiyyəti   ilə seçilən, müharibə veteranı, Zakatala rayon  Aşağı Tala kənd  3 saylı tam orta məktəbin direktoru  – istefada  olan kapitan  İlham Qırtimovun  avqust ayının 10 - da dünya göz açdığı gündür.
 
Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan – istefada da olan   kapitan  İlham  Qırtımovu   belə bir əlamətdar gün münasibətilə  Din-in Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,doğmaları, yaxınları, iş  və döyüşcu  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,İlham  müəllim  qoy hər yeni yaşınız  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz  isə  sizi istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.

Kapitan  İlham  Qrıtımov Din-in Daxili Qoşunlarının Ağdərə,Ağdam və Füzuli  rayonlarında yerləşən hərbi hissələrində zabit  vəzifələrində  xidmət etdiyi, Zaqata rayonun  Aşağı Tala kənd  3 saylı  tam orta məktəbdə isə  direktor vəzifəsində çalışdığı illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara və müəllimlərə  səxsi  nümunə olmuşdur..

O, Daxili Qoşunların  Baş İdasində, təlim -tədris mərkəzlərində və hərbi hissələrində keçirilən bir çox  təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, xüsusi - taktiki təlimlərdə,nümnəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.
   
Kapitan  İlham Qırtımov  Qanunvericiliklə  müəyyən edilmiş qaydada  Din- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,
şəhərdə, yaşayış yerlərində və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış  məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və  başqa  fövqalədə hallar (fövqəladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin  olunmasında,Azərbaycanın ərazi bütövlüyü uğrunda  (Ağdərə, Ağdam  və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə   üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.Müharibə veteranıdır
    
Öz vəzifə borcunu, hərbi hissə, Zakatala rayon Aşağı Tala kənd 3 saylı tam orta məktəb  qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqlənfəriqləndiyinə və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin,Elim və Təhsil Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi  hissə  komandirinin  müvafiq əmrləri iIə bir sıra medallarla,  əlaçı   və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
     

Hərbi və müəllim  yoldaşları  İlham  Qırtımovu vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit  və peşəkar  müəllim  kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  İLHAM  MÜƏLLİM .

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
  
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
   
   

Hiç yorum yok:

Yorum Gönder

Pages