Təbrik: Valeriy Xalidov - 63




İnsan üçün ən yaddaqalan tarixlərdən  biri onun  doğum günüdür. Belə insanlardan biri də Daxili Qoşunların Baş İdarəsinin Nərmanov rayonunda yerləşən   hərbi orkestr  xidmətinin həyatında  öz dəst-xətti olan,  Millətə, Vətənə,Dövlətə  və Xalqa sədaqətlə xidmət etmiş -istefada  olan gizir  Valeriy    Xalidovdur. Avqust  ayının  13  - da onun dünya göz açdığı gündür.
      
Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan, Valeriy Mahmud oğlu  Xalidovu  doğum günü münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları, iş  və tələbə  yoldaşları   səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Valera   qoy yaşının üstə gələn bu yaş da  sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.    

Xalidov Valeriy  Mahmud oğlu  1961-ci ilin avqust ayının  13 -də Bakı şəhərinin Suraxanı rayonunda  zəhmətkeş bir ailədə anadan olub.  

1976-cı ildə Bakı şəhəri Təhsil İdarəsinin  70 saylı orta məktəbi, 1980-ci ildə isə Asəf Zeynallı adına müsuqi kolleci (texnikumu)  bitrib.   

 1980-1982 - ci illərdə  SSRİ Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində müddətli həqqi hərbi xidmətdə tağım komandirinin müavinini  vəzifəsində) olub. 1982-1992-ci illərdə  öz ixtisası üzrə    Üzeyır Hacıbəyov adına Azərbaycan  Dövlət Simfonik Orkestrində calışıb.

1993-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Hərbi Orkestr xudmətində müxtəlif vəzifələrdə   olub.  

Valeriy Xalidov Azərbaycan Respubilkasının Konstitusiyasına və qanunlarına  əməl edilməsi, Hərbi Andın və hərbi  nizamnamələrinin tələblərinin, əmr və sərancamları dəqiq və sözsüz yerinə  yetirilməsi işində bir çox hərbi qulluqculara şəxsi nümünə  olmuşdur.

O,Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxili Qoşunlara və Daxili Qoşunların  Hərbi Orkestr xidmətinə  həvalə edilmiş,  vəzifə və tapşırıqların yerinə yetirilməsini  layıqınca yernə yetirmişdir. 

Gizir Valeriy    Xəlidov  öz xidmət və ictimai vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə və  nümnəvi  xidmətlərinə  görə  əlacı  və yubiley döş  nişanları ilə təltif olunub,bir çox  fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edlib və aşağıdakı  medallara təltif edilib:

1.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə  15-təqdim  ili xidmətə görə;

2.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

3.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi  (1991-2001) yubiley medalı ilə;

4.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin  90 illiyi (1918- 2008) yubiley medalı ilə. 

VALERİY  DOĞUM  GÜNÜN  MÜBARƏK OLSUN !!!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr və  Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages