Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında tibb xidməti sahəsi üzrə öz dəst- xətti və xüsusi xidmətləri olan,peşəkar,ali dərəcəli və təcrübəli həkim,tibb xidməti polkovnik-leytenantı İsmayılov Ələddin Paşa oğlunun sentyabr ayının 1 -də dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan Ələddin İsmayılovu belə bir əlamərdar gün münasibəti ilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, yaxınları,iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yolarında bitib - tükənməyən naliyətlər arzu edib deyirlər,Əllədin həkim qoy yaşının
üstə gələn bu yaş da sizə, sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl sizi xoşbəxt edəcək şəkildə keçsin.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı- istefada olan polkovnik- leytenant Ismayılov Ələddin Paşa oğlu 1953-cü ilin sentyabr ayının 1-də Biləsuvar rayonunun Bağbanlar kəndində zəhmətkeş bir ailədə anadan olub.
1970 -ci ildə Biləsuvar rayonunun Bağbanlar kənd orta məktəbini, 1983- cü ildə Dövlət Tibb Universitetini bitirib.
1972-1974 - cü ilərdə Sovet ordusunun Tumen Vilayətinin Siverdlovski şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
Əllədin həkim Ali təhsilini başa vurduqdan sonra, 1983 -1986- cı illərdə Abşeron rayon xəstəxanasında uşaq həkimi, 1987-1988 -ci illərdə Abşeron rayon Səhiyyə Şöbəsinin rəisinin birinci müavini vəzifəsində çalışıb.
1988 -ci ildən etibarən Bakı şəhərində fəaliyyət göstərən Qarabağ Xalq Yardımı Komitəsinin mandat komissiyasının tərkibində Abşeron rayon nümayəndəsi kimi Dağlıq Qarabağda Xankəndində olub. O, burada 3 kəndin-Meşəli, Qaralar və Cəmilli kəndlərinin müdafiəsinin təşkil edilməsində yaxından iştirak edib və yerli əhaliyə tibbi yardım göstərib.
Tibb xidməti polkovnik- leytenantı Ələddin İsmayılov 1992- ci ildən - 2014-cü ilin dekabr ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin döyüş bölgələrində, Gəncə şəhərində, Qaradağ və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə (hərbi hospitalda) tibb xidmət rəisi, hərbi hospitalının birinci terapiya şöbəsində baş ordinator, Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalnda Reabilitasiya şöbəsinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin Tibb şöbəsində isə tibb xidməti üzrə baş zabit vəzifəsində xidmət edib.
Ələddin Paşa oğlu İsmayılov Ağdərə döyüş bölgəsinə yola düşən Daxili Qoşunların Gəncə şəhərində yerləşən xüsusi motorlaşdırılmış milis alayının tərkibində ön mövqedə düşmənlə üz-üzə dayanaraq, burada cəsur döyüşçü oğullarımızala çiyin-çiyinə düşmənə qarşı mərdliklə mübarizə aparmış və həmdə yaralı döyüşçulərin müalicəsi ilə məşğul olmuşdur.
Qayğıkeş Ələddin həkim1993 -cü ilin yanvar ayinin 15- də Sırxavənd uğrunda gedən döyüşlərdə yaralıları döyüş meydanından uzaqlaşdırıb onlara ilk tibbi yardım edərkən, düşmənin "Qrad"mərmiisinin təsirindən ağır-kəllə beyin zədəsi almışdır.Ələddin həkim sağaldıqdan sonra yenidən ön cəbhəyə qayıdaraq, yaralıların tibbi yardımını təmin etmişdir.
Əhətəsində olan insanların (zabitlərin və tibb işçilərinin) daimi hörmətini qazanan tibb xidməti polkovnik leytenantı Ələddin Ismayılov 1993-cü ilin dekabr ayının 28 -də Daxili Qoşunların, Polis və Dövlət Yanğından Mühafizə quruplaşmasının Füzuli rayonun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı zamanı Əhmədbəyli kəndində təşkil edilən Səhra hərbi lazaretinə rəis təyin edilmiş və burada o, yüzlərlə yaralılara, xəstələrə ilkin tibbi yardım göstərmişdir
Ələddin Paşa oğlu İsmayılov peşəkarlığı, işgüzarlığı, humanistliyi, vətənpərvərliyi,dərin zəkası, səmimiyyəti,təşkilatclıq bacarığı,işgüzarlığı,intellektual səviyəsi,iradi və mənəvi keyfiyyətləri ilə seçilən ömrünün ən məhsuldar dövrünün 33 ildən çox şərəfli xidməti yolunun səkkiz ilini Səhiyyə Nazirliyinin Tibb müəssisələrində, iyrimi beş ilini isə hərbi xidmətdə kecirərək, Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.
Polkovnik- leytenant İsmayılov Ələddin Paşa oğlu Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində (hərbi hospitalnda ) xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi nizamnamələrin, hərbi andın, Daxili Qoşunların
Bas İdarəsinin tibb şöbəsi və hərbi hospitalı haqqında əsasnamələrin, müvafiq təlimatların tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər və bütün hərbi qulluqçular ücün nümnə olmuş,hippokrat andına isə həmişə sadiq qalmışdır.
Tibb xidməti polkovnik- leytenantı Ələddin İsmayılov Daxili İşlər Nazirliyinin Daxili Qoçunların Baş İdarəsində və hərbi hissələrində (hərbi hospitalında) xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsinin və hərbi hissələrin tədris dövru üçün döyüş və ictimai sıyası hazırlığ plana və mövcud tədris proqramlarna əsən ixtisas hazırlığı üzrə zabitlərə, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla, əsgər və çavuşlarla, tibb xidməti üzrə kiçik mütəxəssislərlə keçirilən məşğələlərin və məşqlərin, metodiki- təlim toplanışlarının keyfiyyəti ilə keçirilməsinə, tibb xidməti üzrə hərbi hissədə marifləndirmə işlərin aparılmasına, hərbi hissədə yekun, inispeksiya, kompleks və məqsədli qurupların yoxlamaları zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasına məsuliyyətlə yanaşmışdır.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə və hərbi hissələrinə (hərbi hospitalına) həvalə edilmiş, vəzifələrin yerinə yetirilməsində, axtarışda olan şəxslərin axtarışında, zərərsizləşdirilməsində və tərksilah edilməsində, mühüm dövlət obyektlərin, hərbi təchizat anbarların və inzibati binaların mühafizə olunmasında, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorumasında, yaşayış məntəqələribdə kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar, bədbəxt hadisələr,yanğınlar,təbbi fəlakətlər, fövqalədə hallar (hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində,dövlətin müdafiəsinin təşkilində üzərinə düşən vəzifə və tapşırıqları dəqiq və sözsüz yerinə yetirimişdir.
Azərbaycan dövlətcliyinin qorunmasında,ictimai təhlükəsizliyin təmon edilməsində,öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş xapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və digər xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların Bas İdarəsinin tibb şöbə rəisinin, hərbi hissə komandirinin (hospital rəisinin) müvafiq əmrləri ilə həvəsləndirmə qaydasında əla xidmətlərə görə əlaçı və yubiley döş nisanları ilə təltif olunub, bir çox fərmanlarla, (pul mükafatları ilə), qiymətli hədiyyələr ilə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib:
1.”Hərbi xidmətlərə görə” medalı ilə;
2.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;
3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;
6.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
7.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
8.”Qürsursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
Yüksək insani keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Ələddin həkim sağlamlıq bəxş etdiyi insanların ömründə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.
ƏLƏDDİN HƏKİM!
DAİMA XOŞBEXT VƏ FİRAVAN YAŞA!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder