Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan - tibb xidməti mayoru Pərviz Seyidgulovun avqust ayının 28-də dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan peşəkar və zəhmətkeş Pərviz həkimi belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Pərviz həkim qoy yaşınızın üstə gələn bu yaş da sənə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun, səni xoşbəxt edəcək şəkildə keçsin .
Tibb xidməti mayoru Seyidgulov Pərviz Seyidbaba oğlu 1965 ci ilin avqust ayının 28 də Quba rayonunun Paşaoba kəndində zəhmətkeş bir ailədə anadan olub.
1983 -cü ildə Quba rayonun Paşaoba kənd orta məktəbini, 1994 -cü ildə Azərbaycan Dövlət Tibb Universitetini , 2013-cü ildə isə Türkiyə Cümhuriyyətinin Gülhanə Akademik kursunu bitrib.
1983-1985-ci illərdə Sovet ordusunun Zabaykal hərbi dairəsinin Monqolustanda yerləşən hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1993- cü ilin mart ayından 2015- ci ilin son ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Füzuli, Xətai və Quba rayonlarında yerləşən hərbi hissələrində tibb xidmət rəisinin köməkçisi və tibb xidmət rəisi vəzifələrində Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.
Yüksək peşəkarlığı,öz davranışı,dürüstliyi,qayğıkeşliyi,işgüzarlığı,səmərəli fəaliyyəti, humanistliyi, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, Pərviz həkim ömrünün ən məhsuldar dövrünün 31 ildən çox şərəfli xidmət yolunun 23 ilini hərbi xidmətdə kecirib, səkkiz ilini isə Quba rayon tıbb kollecində baş müəllim vəzifəsində keçirir.
Pərviz həkim Quba rayon tibb kollecində tibb ixtisası üzrə kadırların hazırlanmasında, tələbələrdən öz bilik və bacarıqlarını əsirgəmir, onları yüksək səviyyədə öyrədir.
Sənətini mükəmməl bilən, hərbi qulluqcuların (insanların) sağlamlığının keşiyində ləyaqətlə duran,onların daimi qayğısına qalan və etibarını qazan Pərviz həkim Daxili Qoşunların Baş İdarəsinin Füzuli, Xətai və Quba rayonlarında yerləşən hərbi hissələrində xidmət etdiyi illər ərzində üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə şərəflə və məsuliyyətlə yanaşmışdır.
O,Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, daxili qoşunların döyüş xidməti hərbi nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq və sərəncamları dəqiq vaxtında və sözsüz yerinə yetirməkdə tabeliyindəkilər və bütün şəxsi heyət üçün nümunə olmuşdur.
Tibb xidməti mayoru Seyidgulov Pərviz Seyidbaba oğlu hərbi hissənin tədris dövru üçün döyüş və ictimai sıyası hazırlığ plana əsasən öz ixtisası üzrə zabitlərlə, gizirlərlə, müddətdən artıq xidmət edən hərbi qulluqçularla, əsgər və cavuşlarla, (tibb xidməti üzrə kiçik mütəxəssislərlə) keçirilən məşgələlərin, metodiki təlim toplanışlarının keyfiyyətilə keçirilməsinə,tibb xidməti üzrə hərbi hissədə maarifiləndirmə işlərin aparılmasına, hərbi hissədə yekun və məqsədli yoxlamalar zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasına məsuliyyətlə yanaşmışdır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqlarının yerinə yetirilməsində , silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, cinayətkarlığa qarşı mübarizdə, şəhərdə,yaşayış məntəqərində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar,yanğınlar, bədbəxt hadisələr,təbbi fəlakətlər və başqa fövqaladə hallar (fövqaladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin olunmasında, Daxili Qoşunların, Sərhəd Qoşunlarının şəxsi heyyəti və Din-in polis əməkdaşları ilə birgə müxtəlif tapşırıqların,əməliyyatların kecirilməsində, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş və xüsusi əməliyyatlar vaxtı tibb xidmətinin rəisi kimi üzərinə düşən tapşırıqların öhtəsindən bacarıqla gəlmişdir.
Öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə,Pərvuz həkim Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hissə komandirinin müvafıq əmrləri ilə əla xudmətlərə görə əlacı və yubiley döş nişanı ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə, (pul mükafatları ilə) mükafatlandırlıb,ona təşşəkur elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.”Azəerbaycan Respubilkaasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001 )”yubiley medalı ilə;
2.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi (1918- 2013)” yubiley medalı ilə;
4.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6.“Qüsursuz xidmətə görə” 3- cü dərəcəlu medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
PƏRVİZ HƏKİM!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder