Təbrik: Telman Hacıyev - 50




İnsan üçün ən yaddaqalan tarixlərdən  biri onun  doğum günüdür. Belə insanlardan biri də Daxili Qoşunların, Ağdam, Ağdərə, Füzuli,  Nərimanov rayonunda, Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə,əlahiddə bölmələrdə və Daxili Qoşunların Baş İdarəsinin Rabitə və AİS  şöbəsindədə  Millətə, Vətənə,Dövlətə  və Xalqa sədaqətlə xidmət etmiş, Azərbaycan Respublikasının 
Müharibə Veteranı- ehtiyatda olan gizir  Telman Hacıyevdir. Avqust  ayının  10  - da onun dünya göz açdığı gündür.
      
Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan Telman Hacıyevi  doğum günü münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları, iş və döyüşcü yoldaşları   səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Telman qoy yaşının üstə gələn bu yaş da  sənə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.    

Telman Hacıyev 1992-1994 - cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam,Ağdərə və Füzuli rayonları istiqamətlərində) gedən döyüşlərdə   iştirak edərək, üzərinə düşən vəzifə və tapşırıqları şərəflə yernə yetirmişdir.Müharibə  veteranıdır. 

O,Azərbaycan Respubilkasının Konstitusiyasına və qanunlarına  əməl edilməsi, Hərbi Andın və hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamları dəqiq və sözsüz yerinə  yetirilməsi işində bir cox hərbi qulluqculara şəxsi nümünə  olmuşdur.

Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxili Qoşunlara həvalə edilmiş,  vəzifə və tapşırıqların yerinə yetirilməsində (mühüm dövlət obyektlərin, islah -əmək müəsissələrin və hərbi təchizat anbarların mühafizə olunmasında,yaşayış məntəqələrində  və islah -əmək müəsissələrdə kütləvi iğtişaşların  qarşısının alınmasında,axtarışda olan şəxslərin axtarllmasında və tutulmasında,cinayətkarlığa qarşı mübarizədə, səhərlərdə, yaşayış məntəqələrində və kütləvi idman tədbirlərin kecirilmə yerlərindəictimai asayişin qorunmasında və ictimai təhlükəziliyin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin,  yanğınların, təbii fəlakətlərin nəticələrinin qaşısının alınmasında,  fövqəlada  hallar zamanı hüquqi rejimin təmin edilməsinə) üzərinə düşən vəzifə və rapşırıqları  layıqınca yernə yetirmişdir. 

Telman Hacıyev  öz xidmət və ictimai vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə və  nümnəvi  xidmətlərinə  görə  bir sıra    medallarıla, əlacı  və yubiley döş  nişanları ilə təltif olunub,bir çox  fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edlib və adı hərbi hissənin Fəxri kitabına  yazlıb.

TELMAN  YUBİLEY GÜNÜN  MÜBARƏK OLSUN !!!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr və  Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages