Təbrik: polkovnik Sabir Şabanov-68



İnsan üçün  ən yaddaqalan günlərdən başlıcası  onun dünyaya gəldiyi gündür.Hər olduğu kimi bu il də doğum gününü qeyd edən insalardan biridə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (Din-in) həyatında öz dəst- xətti, Azərbaycan Respubilkasının  ərazi bütövlüyü uğrunda (Ağdam,Ağdərə  və Füzuli rayonları  istiqamətində) gedən döyüşlərdə isə   xüsusi xidmətləri olan,yüksək peşəkarlığı, humanistliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Din-in Daxili Qoşunlarında hərbi xidmətdə kecirmiş hörmətli veteranmız -istefada olan polkovnik Sabir Qarakişi oğlu Şabanovdur. Avqust ayının 29 -da  onun dünya göz açdığı gündür. 

Daimi həyatın bütün imtahanlarından alınıaçıq və üzüağ çıxan, polkovnik Sabir Qarakişi oğlu Şabanovu belə bir əlamətdar  gün  münasibətilə  Din-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları,yaxınları,tələbə, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Sabir müəllim qoy yaşınızın  üstə gələn bu yaş  da  sizə  sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
    
Müharibə veteranı polkovnik  Şabanov Sabir Qarakişi oğlu  29 avqust 1956 - ci ildə Şamaxı rayonun Göylər kəndində kolxozçu ailəsində anadan olub.
 
Polkovnik Sabir Qarakişi oğlu Şabanov1973- cü ildə Şamaxı rayonun Göylər kənd tam orta məktəbini, 1974-ci ildə Zabaykal Hərbi Dairəsinin tədris alayında   çavuş hazırlığı (manqa komandiri və taqım komandirinin  müavini ixtisası üzrə) kursunu,1977 -ci illərdə Daxili Qoşunların Tiflis şəhərində yerləşən Dviziyanın tədris alayında güzirlər (bölüyün baş cavuşu, qarovul rəisi  və taqım komandiri ixtisası üzrə) məktəbini,1984-cü ildə  SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Saratov şəhərində yerləşən ali hərbi komandirlər məktəbini, 1996-cı ildə isə Bakı Dövlət Universitetini  (hüquqşunas ixtisası üzrə) bitirmişdir.

1973-1974-cü illərdə  Bakı şəhərində Tunel Tikinti İdarəsində fəhlə işləyib.1974-1976 -cı illərdə Zabaykal Hərbi Dairəsində müddətli həqiqi hərbi xidmətdə manqa komandiri (çavuş hərbi rütbəsində ) vəzifəsində olub.
   
   Müharibə veteranı polkovnik Sabir Şabanov 1977 -1980- ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin   Tiflis şəhərindəki Divizyanin Baki şəhərində yerləşən əlahiddə konvoy (müşayiət) hərbi hissəsində bölüyün baş cavuş, 1984 -cü ilin iyul ayından 1992-ci ilin  aprel ayına kimi  isə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ukrayna Respublikasının Vinnic, Xmelinski, Şipitovka, Lüqansk şəhərində yerləşən hərbi hissələrində  taqım komandiri, böluk komandirinin tərbiyəvi işləri üzrə müavini, böluk komandiri, taborun qərargah rəisi, tabor komandiri vəzifələrində xidməti borcunu uğurla yerinə yetirmişdir.
   1992- ci ilin aprel ayından  1997- ci ilin son ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Nərmanov rayonunda yerləşən hərbi hissənin (ilk) qərargah rəisi, Ağdam rayonunda yerləşən hərbi hissənin (ilk) hərbi hissə komandiri, Daxili Qoşunlar Komandanının silah və texnika üzrə (ilk) müavini  vəzifələrində xidmət edib.        

Polkovnik Sabir Şabanov 1998- 2008 -ci illərdə Təvəkkül Ünverstetində baş müəllim və hərbi xidmətə çağırış üzrə səfərbərlik şöbəsinin rəisi vəzifəsində işləyib.
 
Polkovnik Sabir Qarakişi oğlu Şabanov  1992-ci il iyun 12 -də təməli özü tərəfindən qoyulan hərbi hissənin  komandiri kimi  alayın  bütün şəxsi heyəti ilə Ağdam rayonuna yollanaraq, Ağdam və Ağdərə   bölgəsinin müdafiəsini təşkil etmişdir.Daxili İşlər Nazirın mivafiq  göstərişi ilə,   Ağdam və Ağdərə  rayonu istiqamətində Din-in Daxili Qosunlarin birləşmiş hərbi hissələrinə və polis  dəstələrinə rəhbərlik etmək üçün o, ön cəbhə qərargah rəisi vəzifəsinə təyin edilərək üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
      Müharibə veteranı- polkovnik Sabir Şabanov 1993- ci ilin noyabr  ayınin 13- dən, 1994-cü ilin may aynın  12-nə kimi Azərbaycan Respublikasının Füzuli rayonunun ərazi bütövlüyü uğrunda gedən agır döyüşlərdə Din-in Daxili Qoşunların birləşmiş hərbi hissələrinin  və polis quruplaşmasının hücum əməliyyatını işləmək və döyüş hərəkətlərini idarə etmək üçün mütamadi olaraq ezamiyyətdə olduğu müddətdə, məhz onun rəhbərliyi ilə bir necə yaşayış məntəqələri işğalçı erməni ordusundan azad edilmişdir.
 
1994-1997-ci ilərdə, Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarına zabitlərin, qizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların hərbi xidmətə qəbulu, hərbi qulluqçular tərəfindən tutulmalı olan vəzifələrin komplekləşdirilməsi,  hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi, tərbiyə edilməsi, hər bir hərbı quluqcunun işgüzar və mənəvi keyfiyyətlərinə obyektiv qiymət verilməsi, xidmətdə irəli cəkilməsi, təhsil almaga göndərilməsi və onlara ilkin zabit rütbəsinin verilməsi ilə bağlı- polkovnik Sabir Şabanov Daxili Qoşunların Bas İdarəsində mandat, attestasiya komissiyalarının üzvü olduğu müddətdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
   
Özünə və tabelikdəki  hərbi qulluqçulara  qarşı daimi tələbkarlığı və işgüzarlığı  ilə seçilən,  polkovnik Sabir Şabanov ömrünün  ən məhsuldar dövrünün 33 illdən çox şərəfli xidməti yolunun 34 ilinin on bir ilini Təvəkkül Universitetində baş müəllim və hərbi xidmətə çağırış üzrə səfərbərlik şöbə rəisi vəzifəsinə, iyirmi üc ilini isə hərbı xidmətə sərf edərək Millətə, Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
     
Şabanov Sabir Qarakişi oğlu  Daxili Qoşunlar Komandanın silah və texnika üzrə müavini vəzifəsində xidmət edərkən, hərbi hissələrdə və  əlahiddə bölmələrdə keçirilən təftiş, yekun yoxlama  komissiyasının sədri, kompleks və məqsədli qrupların rəhbəri, hərbi hissə  komandirlərinin, onların   silah və texnika üzrə müvavinlərinin, silah və  texnika  üzrə xidmət rəislərinin xidmət yerlərinin dəyişməsi ( silahlı qüvvələrdən ehtiyata buraxılması) ilə əlaqədar yaradılan komissiyanın sədri olduğu müddətdə, üzərinə düşən xidməti tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşib.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş  keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna, nümunəvi xidmətinə və hərbi vəzifə borclarını əla yerinə yetirdiyinə görə, Daxili İşlər  Nazirin müvafiq əmrləri ilə   həvəsləndirmə qaydasında    Sabir Şabanova vaxtından əvvəl  "polkovnik- leytenant  və "polkovnik" hərbi rütbələri verilmişdir.
    
Daxili Qoşunların Baş İdarəsinin Silah, Avtomobil və Zirehli texnika şöbələrinə aid hüquq - normativ aktların, əmrlərin, direktivlərin, bütün təminat normalarının, formalaşdırılmış sənədlərin, silah, avtomobil və zirehli texnika sahəsində xidmət edən hərbi qulluqçuların ixtisas hazırlıgı  üzrə tədris proqramların, dərs və metodiki vəsaitlərin hazırlanmasında, silah və texnika üzrə peşəkar zabitlərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların, kicik mütəxəssislərin (sürcülərin) hazırlanmasında,onlarla metodiki təlim toplanışlarının,komandir hazırlığı məşğələlərin  kecirilməsində polkovnik Sabir Şabanovun  və  onun bilavasitə  (birbaşa)  tabeliyində olan  zabitlərin böyuk zəhməti olmuşdur.
     
 1992 ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə polkovnik Şabanov Sabir Qarakişi oğlu  fəriqləndiyinə və xidməti vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yaşadığına  görə   ona,  Daxili İşlər Nazirnin  müvafq əmri ilə "Boz Qurd "fəxri adı verilib.
  

 polkovnik Şabanov Sabir Qarakişi oğlu xidməti vəzifələrinin icrası zamanı xüsusi fəriqləndiyinə görə Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın, xidmət etdiyi Diviziyanin  və hərbi hissə komandirlərinin və onların müavinlərinin,  təhsil aldıgı  təhsil müəssisələrinin məktəb rəislərinin və rektorunun  müfaviq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə  təltif olunub,  bir cox  fərmanlarla, (pul mükafatları ilə), qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı  medallarla təltif edilib:

1.“SSRİ Silahlı Qüvvələrinin yaranmasının  60 illiyi (1918-1978)” yubiley medalı ilə;

2.”SSRİ Silahlı Qüvvələrin  yaranmasının  70 illiyi (1918-1988)”  yubiley medalı ilə;

3.”Qusursuz xidmətə görə” 1 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

4.”Qusursuz xidmətə görə” 2 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

5.”Qusursuz xidmətə görə” 3 -cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN SABİR MÜƏLLİM!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

ÖMRÜN UZUN OLSUN 

100 YAŞA.
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.
 Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev.


Hiç yorum yok:

Yorum Gönder

Pages