Təbrik: Polkovnik Ramiq Salayev




Daxili İşlər Nazirliyinin  (Din-in) Daxili Qoşunlarının  həyatında öz dəst-xətti olan-ehtiyatda olan 
  polkovnik Salayev Ramiq  Yaşar oğlunun 17 avqust doğum günüdür. 

Belə bir əlamətdar gün münasibətilə daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan  Ramiq Salayevi doğum günü münasibətilə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,onun doğmaları,əzizləri,yaxınları,tələbə və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Ramiq  qoy yaşının üstə gələn bu yaş da sizə  sevinc dolu günlər bəxş etsin, hər yeni günün  isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi  xoşbəxt edəcək şəkildə keçsin.
     Polkovnik Ramiq Yaşar oğlu  Salayev 17 avqust  1980 - ci ildə Naxçıvan şəhərində zəhmətkeş bir ailədə  anadan olub. 

1993- cü ildə Naxçıvan şəhər 5 saylı orta məktəbi, 1997-ci ildə Naxçıvan şəhərində idman hərbi təmayüllü Gimnaziyanı, 2001-ci ildə Heydər Əliyev Adına Alı Hərbi məktəbi, 2002-ci ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Xəzər rayonunda yerləşən ali hərbi məktəbdə zabitlərin ixtisas artırma kurslarını, 2013 -ci ildə isə Türkiyə Cümhuriyyətin Silahlı Qüvvələrində  Akademik kursları bitrib.
    
Ramiq Yaşar oğlu Salayev 2002- ci iln  iyul ayından  2020- ci  ilin noyabr ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş  İdarəsinin  Naxçıvan Muxtar Respublikasında yerləşən əlahiddə hərbi hissəsində (əlahiddə alayında və əlahiddə  briqadasında)  əməliyyat bölüyünün  taqım komandiri, xüsusi təyinatlı bölüyün  komandiri, əməliyyat  tabor komandirinin müavini -qərargah rəisi, hərbi hissənin qərargah rəisinin köməkçisi, hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi, Daxili Qoşunların Baş İdarəsinin Qəbələ və Binəqədi rayonlarnda yerləşən hərbi hissələrin isə hərbi hissə (briqada) komandiri  vəzifələrində xidmət edib.
    Polkovnik Ramiq Salayev  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin hərbi hissələrində  xidmət etdiyi, təhsil aldıgı ali hərbi təhsil müəssisələrində isə oxuduğu illər ərzində  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl  etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur.
   
 "Hərbı xidmə görə” medalla təltif edilmis polkovnik Salayev Ramiq Yaşar oğlu  peşəkarlığı, humanistliyi,sadəliyi,səmimiyyəti
iradi  və mənəvi  keyfiyəti ılə  seçilən, mənalı həyatının 27 (iyirmi yeddi) ilindən çoxunu   idman hərbi təmayüllü qimnaziyada və Heydər Əliyev Adına Ali Hərbi məktəbdə, təhsil almağa  və Daxılı İşlər Nazirliyinin Daxili  Qoşunlarında hərbi  xidmətə həsr edərək Millətə, Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
       Ramiq Salayev Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində müxtəlif rəhbər vəzifələrdə  xidmət edərkən O,səmərəli fəaliyyəti ilə, işgüzar və mənəvi keyfiyyətilə, nəzəri və praktiki biliyi ilə, daimi  Azərbaycan Respublikasının  Daxili İşlər nazirliyinin rəhbərliyinin,    Daxili Qoşunlar Komandanlignin, Naxçıvan Muxtar Respublikasının  Daxili İşlər Nazirinin  və xidmət etdiyi hərbi hissə komandirinin diqqət mərkəzində olmuşdur.
      

Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-doyüş keyfiyyətləri göstərdiyinə, döyüş  və ictimai-siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində  yüksək göstəricilərə  nail olduğuna və nümunəvi xidmətlərinə görə Salayev Ramiq Yaşar oğluna  həvəsləndirmə  qaydasında vaxtından əvvəl "kapitan " və polkovnik"  hərbi rütbələri verilib.
  
O, Daxili Qoşunla,xidmət etdiyi illər ərzində  hərbi hissələrdə  həvalə edilmiş vəzifələrin və tapşırıqların yerinə yetirilməsində ,cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşib.
     Azərbaycan Dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, öz xidməti vəzifələrinin  və hərbi hissənin  qarşısına qoyulmuş  tapşırıqların yerinə yetirilməsində yüksək peşəkarlıq göstərdiyinə görə  Polkovnik Salayev Ramiq Yaşar oğlu  Azərbaycan Respublikasının Prezidentinin 10 mart 2012 -ci il tarixli (2084 saylı)  Sərəncamı ilə   "Hərbi  xidmətə görə" medalı ilə təltif olunub.
     
Öz xidməti vəzifələrinin və hərbi hissə  qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə- ehtiyyatda olan polkovnik Ramiq Salayev Azərbaycan Respublikası Prezidentinin,  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin,Təhsil aldıgı ali hərbi məktəb rəisinin və  Daxili Qosunların Baş İdarəsinin  Naxçıvan şəhərində yerləşən əlahiddə hərbi hıssə komandirinin müvafiq əmrləri ilə bir sira medallarla, fəxri fərmanlarla, pul mükafatları ilə, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib  və aşağıdakı medallarla təltif olunub:

1.”Hərbi xidmətlərə görə” medalı ilə;

2.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli  medal ilə- Silahlı Qüvvələrdə 25 təqvim ili xidmətə görə;

2.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə;

  3.Qüsursuz xidmətə görə  3-cü dərəcəli medal ilə;

4.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
 
5.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

6.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrin  95 illiyi  (1918-2013)” yubiley medalı ilə;

7.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin   100 illiyi (1918-2018)” yubiley medalı ilə.   

 DOĞUM GÜNÜN MÜBARƏK OLSUN   RAMİQ
 HEC VAXT DƏRD QƏM GÖRMƏYƏSƏN
 HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

100 YAŞA, ALLAH SƏNİ QORUSUN ! AMİN !
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

 Azərbaycan  Respublikasının Silahlı Qüvvələr  və  Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages