Təbrik: Polkovnik Məhəmməd Mirzəyev




Ömrünün önəmli bir hissəsini Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunların Baş İdarəsinin  maddi-texniki təminat xidmətləri sahələrinə həsr etmiş, bu müddətin də böyük hissəsini rəhbər vəzifələrdə calışmış, Daxili Qoşunlar Komandanın müavini- maddi texnik təminat idarəsinin rəisi vəzifəsində xidmət etmiş, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş- istefada  olan polkovnik Məhəmməd Mirzəyevin avqust ayının 15-də dünya göz açdığı gündür. 

Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan, Məhəmməd müəlimi  belə bir  əlamətdar gün münasibətilə Daxili Qoşunların istefada və ehtiyada olan zabitləri, doğmaları,əzizləri, yaxınları, iş  yoldaşları, onun  pərəstşkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Məhəmməd  müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
      
 Hər ömür bir kitabdır, deyirlər 78 yaşı tamam olan  polkovnik Məhəmməd Mirzəyevin keçən  günlərini vərəqlədikcə bu fikiri təadiq edirsən.Bu alovlu vətənpərvər,torpağına,xalqına  bağlı insanın,qayğıkeş zabitin həyatı olduqca çox   mənalı kecib.
Yüksək nufuz sahibi olan, Daxili Qoşunlarda hamı tərəfindən təvazökar, prinsipial, obyektiv və xeyirxah insan kimi tanınan  polkovnik Mirzəyev Məhəmməd Əbdülhüseyin oğlu 1946-cı ilin avqust ayının 15-də  zəhmətkeş bir ailədə anadan olub .
Mədəni münasibəti, sakitliyi, təmkinliyi,diqqətliyi,səmimiyyəti,sadəliyi,yüksək peşəkarlığı və xoşrəftarı ilə yüzlərlə  adamların xeyirxahına çevirilmiş Məhəmməd müəllim  1962-ci ildə orta məktəbi, 1968 -ci ildə  Daxili İşlər Nazirliyin Xarkov şəhərində yerləşən  arxa  cəbhə xidmətləri üzrə ali hərbi məktəbi, 1978-ci ildə isə  Sankt- Peterburq (Leninqrad) şəhərində  arxa cəbhə və avtonəqliyyat üzrə hərbi akademiyanı bitrib.
Mənəviyyatı maddiyatdan  uça tutan, xeyirxah, təvazökar  və ziyalı  insan Məhəmməd Mirzəyev Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında xidmət edərkən öz savadı və peşə bacarığı ilə ələqədar həmişə yüksək vəzifələrdə xidmət etmişdir. Belə ki, Məhəmməd Əbdülhüseyin oğlu Mirzəyev 1968- ci ildə Daxili İşlər Nazirliyinin Ali hərbi məktəbini Əla (Qırmızı diplomla)  bitirdiyinə görə öz seçimi ilə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Tiflis diviziyasının Baki şəhərində yerləşən  əlahiddə konvoy hərbi hissəsində (taborunda)  və mühhafizə alayında  1978- ci ilə kimi maddi -texniki təminat xidmətləri üzrə müxtəlif rəhbər  vəzifələrdə işləyib.
1978 -1990- cı ilərdə  SSRİ Daxili İslər Nazirliyinin Daxili Qoşunlarının Daşkent şəhərində yerləşən  hərbi hissəsində hərbi hissə komandirinin arxa cəbhə ximələri üzrə miavini,  DİN- in Daşkənt şəhərində yerləşən ali kurslarda  baş müəllim, 1991-ci ildə Daxili İşlər Nazirliyinin   Binəqədi rayonunda yerləşən Mərkəzləşdirilmiş anbarların rəisi, 1992-ci ildə  Daxili Qoşunların Baş İdarəsinin  maddi - texniki təminat idarəsində geyim xidməti rəisi,1993-2004- cü illərdə isə Daxili Qoşunlar Komandanın müavinu - maddi texniki təminat idarəsinin rəisi vəzifələrində Millətə, Dövlətə, Vətənə,  və Xalqa  sədaqətlə  xidmət edib.
  İşdə və həyatda qanunun aliliyinə  ehtiramla yanaşan,dövlətçiliyimizin möhkəmləndirilməsu ücün var qüvvəsi ilə  yorulmadan çalışmış “Azərbaycan Bayrağı” ordenli polkovnik Məhəmməd Mirzəyev mənalı həyatının 41(qirıx bir) ilini Daxili İşlər Nazirliyinin Ali Hərbi Məktəbində, Hərbi  Akademiyasında, Ali kurslarda, Daxili İşlər Nazirliyinin Mərkəzi Anbarında və Daxili İşlər Nazirliyinin   Daxili Qoşunlarının Baş İdarəsində xidmətə həsir  edərək,  şərəfli yol keçmişdir. 
Məhəmməd Mirzəyev  rəhbər vəzifələrdə işləyərkən səmərəli fəaliyyəti, təşkılatçılıq bacarığı ilə,nəzəri və praktiki biliyi, təcürbəsi, işgüzarlığı, iradi və mənəvi keyfiyyəti ilə  Daxili İşlər Nazirliyinin rəhbərliyinin və Daxili Qosunlar komandanın  daimi diqqət mərkəzində olmuşdur.
 İşlədiyi dövrdə Daxili İşlər Nazirliyin rəhbərliyi və Daxili Qoşunlar komandanlığı  tərəfindən  yüksək bacarığı və qabiliyyəti  ilə daim qiymətləndirlən və xidmətdə yuxarı vəzifələrə  irəli çəkilən    Azərbaycan Respubilkası  Silahlı Qüvvələri və Müharibə  Veteranı- istefada  olan polkovnik Məhəmməd Mirzəyev 1994 -cü ildən  2004 - cü ilə  kimi  hərbi qulluqçular tərəfindən tutulmalı olan vəzifələrin komplekləşdirilməsi,  hərbi kadırların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi,  hər bir hərbi quluqcunun işgüzar  və mənəvi keyfiyyətlərinə obyektiv qiymət verilməsi, xidmətdə irəli cəkilməsi  və təhsil almaga göndərilməsi və  ilk zabit rütbəsinin verilməsi ilə bağlı    Daxili  İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində Mandant və Attestasiya komissiyalarının  üzvü olmuşdur
  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin maddi- texniki təminat idarəsinin müasir tələblərə uyğun  əsasnaməsinin, maddi- texniki təminat idarəsinə aid  hüquq- normativ  aktların, əmrlərin, direktivlərin, bütün növ təminat normalarının, formalaşdırılmış sənədlərin , maddi- texniki təminat xidmət sahəsində xidmət edən  hərbi qulluqçularının  ixtisas hazırlıgı üzrə tədris proqramların, dərs və metodiki  vəsaitlərin hazırlanmasında, maddi- texniki təminat xidmətləri üzrə  yüksək ixtisaslı  kadırların (zabitlərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların, kicik mütəxəssislərin)  hazırlanmasında,  eləcədə onlarla lazımı təlim- metodiki   toplanışların və seminarların kecirilməsində   polkovnik Məhəmməd Mirzəyevin    rolu böyük olmuş, xidmətləri  isə əvəzsizdir.
 
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili Qoşunlara həvalə olunmuş   vəzifələrin  yerinə yetirməsində, mühüm dövlət obyektlərin, xüsusi yüklərin,inzibatı binaların, hərbi təchizat  anbarların və hərbi bazaların mühafizə olunmasında,yaşayış məntəqələrində  və islah- əmək müəsissələrində  kütləvi iğtişaşların  qarşısının alınmasında,axtarışda olan  şəxslərin  axtarılmasında və tutulmasında,şəhərlərdə, yaşayış məntəqələrində və  kütləvi tədbirlərin kecirilmə yerlərində  ictimai təhlükəsizliyin təmin edilməsində və  ictimai asayişin qorunmasında,  qəzalar,bədbəxt hadisaələr, yanğınlar,  təbbi  fəlakətlər və başqa   fövqəladə hallar   (hərbi  vəziyyət və komendat  saatı  zamanı)  hüquqi rejimin təmin edilməsində, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, Daxili Qoşunların Bas İdarəsinin  hərbi hissələrinin dislokasiya yerlərinin dəyişməsində, hərbi qulluqçuların daimi dislokasiya və səhra şəhərində  yerləşdirilməsi ,qidalanması və bütün təminat növləri üzrə  lazımı tədbirlərin həyata keçirilməsi istiqamətində  üzərinə düsən  məsul vəzifələri hər zaman layıqınca  yerinə yetirmişdir
Silahll Qüvvələr və Müharibə  Veteranı- istefada  olan polkovnik  Məhəmməd Mirzəyev  Daxili Qoşunlar Komandanın müavini- maddi texniki təminat idarəsinin rəisi vəzifəsində xidmət edərkən,  təftiş və yekun yoxlama komissiyanın , kompleks və məqsədli qurupların rəhbəri, hərbi hissə komandirlərinin və  onlarin maddi- texniki təminat xidmətləri üzrə  müavinilərinin xidmət yerlərının dəyişməsi (Silahlı Qüvvələrdən ehtiyata buraxılması) ilə əlaqədar  yaradılan komissiyanın sədri olduğu müddətdə, üzərinə düşən vəzifə və  tapşırıqların  yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
  Polkovnik Məhəmməd  Mirzəyev  1997- ci ilin aprel ayında Daxili İşlər Nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Türkiyə Cümhuriyyətinin Daxili İşlər Orqanlarının və Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin  xidməti və digər  fəaliyyətləri ilə yaxından tanış olmaq məqsədilə Ankara, İstanbul, İzmir və Foce şəhərlərində işguzar səfərdə olmuşdur.
  Polkovnik  Məhəmməd Mirzəyev Türkiyə Cümhuriyyətində səfərdə olduğu müddətdə, Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Baş Komandanı, Daxili İşlər Nazirliyinin Akademiya  rəisi, Türkiyə cümhuriyyətinin Jandarma qüvvələrinin  Ankarada İstanbulda,  İzmirdə və Foce şəhərində yerləşən məktəb rəslərinin və bölgə komandirlərinin müfaviq əmrləri ilə fəxr fərmanlarla,  qiymətli hədiyyələrlə mukaflandırlıb.
 Əsli vətəndaşlıq mövqeyi ilə seçilən, heç  kəsi  özündən inçitməyən,xoş rəftarı və şirin dili ilə hərkəslə doğmalıq münasibəti yaradan Məhəmməd Əbdülhüseyin oğlu Mirzəyev Daxili İşlər Orqanlarında və Daxili Qosunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xudməti  nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq  və sərancamları dəqiq və vaxtında yerinə   yetirməkdə    tabeliyindəkilər üçün nümunə olmuşdur.
Polkovnik Məhəmməd Mirzəyev təhsil aldıgı ali hərbi təhsil müəssisələrində, xidmət etdiyi diviziya və hərbi  hissələrdə xüsusi fəriqləndiyinə görə  Daxili İşlər Naziri və onun müavinlərinin, Daxili Qoşunlar  komandanlığının, təhsil aldığı ali hərbi məktəb və hərbi akademiya rəislərinin, xidmət etdiyi diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı  və yubiley döş nişanları ilə təltif olunmuş, bir cox  fərmanlarla, qiymətli hədiyyələrlə (pul mükafatları ilə) mukaflandırlmış və ona təşəkkür elan edilmişdir.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstənin zərərsizləşdirilməsində xüsusi fəriqləndiyinə görə aşağdakı orden və medallarla təltif olunub :

1.“Azərbaycan Bayrağı”  ordeni ilə;

2.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələr Veteranı” medalı ilə;

3 “ SSRİ Silahlı  Qüvvələrinin  60 İlliyi (1918-1978) ” yubiley  medalı ilə;
4 “ SSRİ Silahlı  Qüvvələrinin 70 İlliyi (1918-1988) ” yubiley  medalı ilə;
5.”Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  10 İlliyi (1991-2001)” yubiley medalı ilə;
6.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

7.”Qüsursuz xidmətə görə’ 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

8.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli” medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xudmətə görə.
 HÖRMƏTLİ MƏHƏMMƏD MÜƏLLİM, BU YENİ YAŞINDA XOŞBƏXTLİKLƏRİN ƏN GÖZƏLİNİ YAŞAYASAN,

BÜTÜN GÖZƏL ARZULARINA CATASAN!
        
AD GÜNÜN MÜBARƏK  OLSUN!

Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr və  Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages