Təbrik: polkovnik- leytenat Zöhrab Səfərov -76




Daxili  İşlər  Nazirliyinin  müvafiq strukturlarının həyatında öz dəst- xətti  və xüsusi xidmətləri olan- istefada  olan polkovnik- leytenant Səfərov Zöhrab Tahir oğlununun avqust ayının  30 -da dünyaya göz açdığı gündür. 

 Daimi həyatın bütün sahələrində alnıaçıq və üzüağ çıxan  polkovnik leytenant  Zöhrab Səfərovu   belə bir əlamətdar  gün münasibətilə Daxili İşlər Nazirliyi
(Din-in) Daxili  Qoşunlarının ehtiyatda və istefada  olan zabitləri, doğmaları, yaxınları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Zöhrab müəllim,
qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səzi xoşbəxt edəcək şəkildə keçsin.

Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə  veteranı- istefada olan polkovnik leytenant Səfərov Zöhrab Tahir oğlu   1948-ci ilin avqust ayının  30-da   Qərbi Azərbaycanın Meqri  rayonunda zəhmətkeş bir ailədə     anadan olub.

 1965 -ci ildə  Meqri rayon tam orta məktəbi,1973-cı ildə Kirov adına Dövlət Universitetini (Bakı Dölət Universitetini) bitirmişdir
Zöhrab Səfərov 1973- 1974 ci ilərdə Sovet ordusunun Zakafkaz dairəsində  yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub. 

1975-2003-cü illərdə Daxili İşlər Nazirliyinin cəzaçəkmə müəssisəsində dəstə rəisi, cəzaçəkmə müəssisə rəisinin tərbiyəvi işləri üzrə müavini, Din -in Daxili Qoşunların Bas İdarəsinin konvoy-mühafizə alayinda,alay komandirinin  arxa xidmət üzrə müavini, konvoy-mühafizə alayın komandiri,Daxili Qoşunların Bas İdarəsinin ərzaq şöbəsində  qoşunların yardımçı təsərrüfat  bölməsinin rəisi,Daxili Qoşunların Baş İdarəsinin Xəzər, Hacıqabul və Quba rayonlarında  yerləşən hərbi hissələrdə hərbi hissə komandirinin maddi texniki  təminat  xidməti üzrə müavini vəzifələrində xidmət edib.
 polkovnik- leytenant Zöhrab Şəfərov hərbi hissə komandirinin maddi- texniki təminat xidməti  üzrə  müavini vəzifəsində xidmət  etdiyi illər ərzində  tabeliyində olan xidmətlər üzrə hərbi hissənin bölmələrinin maddi- təminatınamaddi vasitələrin bütün növlərinin gətirilməsinə və şəxsi heyətə vaxtında çatdırılmasına, kazarma-yaşayış fondunun, silah və texnikanın qorunub saxlanılmasına, parkların və yeməkxanaların vəziyyəttinə və orda xidmətin təşkilinə cavadeh olduğu sahələrdə üzərinə düsən vəzifələrin,tapşırıqların  yerinə yetirilməsinə, biavəstə tabeliyində olan xidmətlərdə aşkar edilmiş nöqsanların  aradan qaldırılmasına məsuliyyətlə yanaşmışdır.

 Polkovnik- leytenant Səfərov Zöhrab Tahir oğlu peşəkarlığı,dərin zəkası,səmərəli fəaliyyəti,təşkilatçlıq bacarığı, işgüzarlığı,vətənpərvərıiyi,səmimimiyəti, humanistliyi,xeyirxahlığı, iradi və mənəvi keyfiyyətləri  ilə seçilən, ömrünün ən məhsuldar dövrünün   30 ildən  çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin cəzaçəkmə müəssisəsində, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində  müxtəlif vəzifələrdə keçirərək, Vətənə  və  Xalqa sədaqətlə xidmət etmişdir.
Zöhrab Səfərov Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində bir çox komissiyaların, kompleks və məqsədli qurupların üzvü və rəhbəri kimi üzərinə düsən vəzifələrin, tapşırıqların yerinə yetirilməsinə  məsuliyyətlə yanaşmışdır.
Zöhrab Səfərov qanunvericiliklə  müəyyən edilmiş qaydada  Daxili  Qoşunlara  həvalə edilmiş vəzifə və tapşırıqlarının yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, şəhərlərdə , yaşayış məntəqələrində  və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin  qorumasında,yaşayış məntəqələrində və cəzacəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, silahlı dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa  fövqəlada hallar  (fövqaladə vəziyyət  və komendat saatı) zamanı hüquqi  rejimin təmin edilməsində, islah-əmək müəssisələrin, hərbi təchizat anbarların, mühüm dövlət  obyektlərin və xüsusi yüklərin mühafizə  edilməsində, eləcə də Azərbaycan Respublikasının  ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  üzərinə düsən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

Maddi- texniki təminat  xidmət üzrə  bilavasitə tabeliyində olan bölmərin və xidmətlərin şəxsi həyəti ilə , kiçik mütəxəssislərlə, hərbi hissələrin  yardımçı təsərrüfat rəisləri ilə döyüş və ictimai  hazırlığı (ixtisas hazırlığı ) üzrə məşğələlərin, məşqlərin  və nümunəvi- köstərici məşğələlərin, bölüyün baş çavuşları, taqım və böluk komandirləri ilə təlim- metodiki toplanışların  kecirilməsi istiqamətində polkovnik leytenant Zöhrab Səfərov   üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmış, məşğələlərin və təlim-metodiki  toplanışlarının keçrilməsi zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasını vaxtında təmin etmişdir.
 polkovnik- leytenant Səfərov Zöhrab Tahir oğlu öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və digər xidmətlərə  görə   Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin hərbi hissə komandirinin,İdarə və   islah-əmək müəssə rəislərinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlaçı  və yubiley döş nisanları ilə, bir cox  fərmanlarla, (pul mükafatları ) və qiymətli hədiyyələr ilə mukaflandırlıb,  ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:

1.”Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı" medalı ilə;

2.”SSRİ Daxili İşlər Nazirliyinin  70 illiyi  (1918-1988)” yubiley medalı ilə;

3.”Azərbaycan  Respublikasının  Silahlı Qüvvələrinin  10  illiyi  (1991- 2001)” yubiley medalı ilə;

4.”Qüsursuz   20 təqvim ili  xidmətə  görə”   1-ci dərəcəli medal ilə;

4.”Qüsursuz  15 təqvim ili  xidmətə  görə” 2-ci dərəcəli  medalı ilə.

5.”Qüsursuz  10 təqvim ili  xidmətə görə” 3-cü dərəcəli medal ilə;

DOGUM  GÜNÜN  MÜBARƏK  OLSUN,
ZÖHRAB  MÜƏLLİM!

ALLAH  SƏNİ  BÜTÜN  ARZULARINA  ÇATDIRSIN.

DAİMA  XOŞBƏXT  VƏ  FİRAVAN  YAŞA
ÖMRÜN  UZUN  OLSUN  100 YAŞA.

 Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə  Veteranı 
polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages