Təbrik: Polkovnik- leytenat İmran Musayev- 66



Daxili işlər orqanlarının,Daxili İşlər Nazirliyinin  (Din-in) Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin həyatında öz dəst-xəti olan, peşəkarlığı,səmərəli fəaliyyəti, təşkilatclıq bacarığı, işgüzarlığı, səmimiyyəti,iradi və mənəvi keyfiyətləri ilə seçilən,ömrünün ən məhsuldar  dövrünü daxili işlər  orqanlarında və hərbi  xidmətdə  keçirmiş,  hörmətli veteranmız -istefada olan polkovnik -leytenat İmran İkram oğlu Musayevin  avqust ayının 20-də dünya göz açdığı gündür.

 Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nərimanov rayon şöbəsinin üzvü- istefada olan polkovnik- leytenant Musayev İmran İkram oğlunu belə bir əlamətdar  gün münasibəti ilə  Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri, yaxınları, iş və döyüşcü yoldaşları,onun pərəstişkarları   səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib-tükənməyən naliyyətlər arzu edib deyirlər, İmran müəllim qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun,səni xoşbəxt edəcək şəkildə keçsin. 
     
Azərbaycan Reslubilkasının Silahllı Qüvvələr və Müharibə  Veteranı- istefada olan polkovnik- leytenant Musayev İmran İkram oglu  1958-ci ilin avqust ayının 20-də Xaçmaz rayonuun Xudat şəhərində anadan olub. 
1965 - ci ildə Xaçmaz rayonunun  Xudat şəhərində birinci sinifə getmiş, 1976-cı ildə həmin məktəbi,1981- ci illərdə isə SSRİ Daxili İşlər Nazirliyinin Norilisk şəhərində yerləşən xidməti itlərin tətbiqi üzrə məktəbi bitirmişdir.
 1976-1978-ci ilərdə Sovet ordusunun Piribaltika şəhərində yerləşən hərbi hissələrinin birində  müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
1979-1992 -ci ilərdə Daxili İşlər Nazirliyinin Baş cinayət axtarış idarəsnin xidməti itlərin tətbiqi bölməsində müxtəlif vəzifələrdə işləmişdir.
1992-1994-cü ilərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən əlahiddə  xidməti itlərin yetişdirilməsi və tətbiqi məntəqənin  rəisi,1995-1999 -cu  ilərdə Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsində xidmət işlərin tətbiqi və hazırlığı üzrə xidmət rəisi, 2000- 2004-cü illərdə Daxili Qoşunların Baş İdarəsinin əməliyyat şöbəsində xidməti itlərin tətbiqi üzrə baş zabit vəzifəsində, 2005-2008-ci illərdə isə Dövlət Sərhəd xidmətinin Bakı şəhərində yerləşən  hərbi hissələrinin birində hərbi hissə komandiri vəzifələrində Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
İmran Musayev qanunvericiliklə  müəyyən edilmiş qaydada  Din-in   Daxili  Qoşunlara  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, kommunikasiya qurğuların, xüsusi yüklərin, maddi- texniki  və hərbi təchizat anbarların (hərbi bazaların) mühafizə edilməsində,yaşayış məntəqələrində və islah- əmək müəssələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, şəhərlərdə, digər yaşayış məntəqələrində və kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin  təmin olunmasında,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar (hərbi vəziyyət və komendat xidməti) zamanı  hüquqi  rejimin təmin edilməsində, cinayətkarlığı qarşı mübarizədə,axtarışda olan şəxslərin  axtarılmasında və tutulmasında, partlayıcı quruğuların və digər maddələrin axtarlıb tapılmasında,1990-1994-cü illərdə isə Azərbaycanın ərazi bütövlüyu uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqları layıqincə yerinə yetirmişdir.
İmran Musayev peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 32 ildən cox şərəfli xidmət yolunu Daxili İşlər Orqanlarında və hərbi xidmətə kecirib
 İmran Musayev Daxili Qoşunlara, həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində, silahlı dəstələrin zərərsizləşdirilməsində,  cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində, dövlətin ərazi bütövlün təmin olunmasında iştirak etdiyinə , döyüş  və xüsusi əməliyyatlar zamanı igidlik göstərdiyinə, öz vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə görə, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002- ci tarixli Sərəncamı ilə, Daxili işlər nazirinin, Daxili Qoşunlar komandanın və onun müavinin, Din Baş Cinayət -Axtarış İdarə rəisinin, Azərbaycan Dövlət Sərhəd Xidmət rəisinin və onun müavinlərinin, idarə və xidmət rəislərinin müaviq əmirləri ilə polkovnik- leytenant Musayev İmran İkram oğlu əla xidmətlərə görə əlacı  və yubiley döş nişanlarlı ilə təktif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükavatlandırlıb, ona  təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:
 1.”Hərbi xidmətlərə görə” medalı ilə;
2.”Azərbaycan Resıubilkasının  Silahlı Qüvvələri veteranı” medalı ilə;
3.”Qusursuz xidmətə görə 1-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
4.”Qusursuz xidmətə görə” 2 dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5.” Qusursuz xidmətə görə” 3 -cü dərəcəli medala ilə- Silahlı Qüvvələrdə  10 təqvim ili xudmətə görə;
6.”Azərbaycan Reslubilkası  Silahlı Qüvvələrin  10 illiyi (1991-2001)” yubiley medalı ilə;
7.”Azərbaycan  Respubilkası  Solahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.
 İmran Musayev Azərbaycan Respublikası Konstitusiyasınına,və qanunlarına,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin, xidməti itlərin yetişdilməsi ,hazırlanması və  tətbiqi üzrə  əsasnamənin tələblərinə və vəzifə borcuna əməl etməkdə öz tabeliyində olanlara şəxsi nümnə olmuşdur.
 İmran Musayev Daxili İşlər Nazirliyinin Cinayət axtarış baş idasənin xidmət itlərin tətbiqi üzrə bölməsində və Daxili Qosunlar Baş İdarəsində  müxtəlif rəhbər vəzifələrdə xidmət etdiyi illər ərzində bir sira komissiyaların və məqsədli qurupların üzvü olarkən o,səmərəli fəaliyyət ilə, işgüzar və mənəvi keyfiyyətilə ,  nəzəri və  praktiki biliyi ilə üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır
    Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarının  hərbi hissələrində  və xidməti itlərin saxlama məntəqələrində  və təlim şəhərcliklərində  xidməti itlərin yetişdirlməsi,hazırlanması və tətbiqi üzrə müasir tələblərə uyğun əsasnamələrin, təlmatların, lazımi təminat normaların,formalaşdırılmış sənədlərin, ixtisas hazırlığı üzrə tədris proqramların, metodiki dərs vəsaitlərin hazırlanmasında,xidməti itlərin tətbiqi üzrə kiçik mütəxəssislərinin hazırlanmasında, onlara lazımı təlim- metodiki toplanışlarının, xüsusi- taktiki təlimlərin, nümnəvi -göstərici məşğələlərin və müvafiq kursların keyfiyyətilə  kecirilməsində  polkovnik-leytenant İmran Musayevin böyük rolu olmuşdur.
   DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, İMRAN MÜƏLLİM!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.

ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!

 Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
     

Hiç yorum yok:

Yorum Gönder

Pages