Təbrik: Polkovnik leytenant İlham Umudov - 61



Daxili İşlər Nazirliyinin  (Din-in)  Daxili Qoşunlarının həyatında öz dəst- xətti və xüsusi xidmətləri  olan, peşəkarlığı, səmərəli fəaliyyəti, işgüzarlığı  və mənəvi keyfiyyətləri ilə seçilən, ömrüünün  ən məhsuldar dövrunü daxili işlər orqanlarında və Din-in daxili qoşunlarda   keçirmiş,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  Sabunçu rayon şöbəsinin üzvü, “Azərbaycan Bayrağı  Ordenli" - istefada olan polkovnik-  leytenant  İlham Umud oğlu Umudovun avqust ayının 2-də  dünya göz açdığı gündür .

Daimi həyatın imtahanlarından   alnıaçıq  və üzüağ çıxan Azərbaycan Vətən müharibəsi Veteranlari İctimai Birliyinin Sabunçu rayon Şöbəsinin üzvü- istefada olan polkovnik leytenant İlham Umudovu doğum günü münasibətilə Daxili  Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,iş və döyüş yoldaşları səmimi qəlbdən  təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və  həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, İlham 
  qoy yaşının üstə gələn bu yaş  da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi  xoşbəxt edəcək şəkildə keçsin  

Azərbaycan Respubilkasının  Silahll Qüvvələri və müharibə veteranı istefada olan polkovnik leytenant  Umudov İlham Umud oğlu   1963-cü illin avqust ayının  2-də  Göyçay rayonunda zəhmətkeş  bir ailədə anadan olub.  

1978-ci ildə Göyçay rayon 6 nömrəli tam orta məktəbi, 1980-ci ildə Göyçay texniki- peşə məktəbini,1983-ci ildə  Kuybışev şəhərində Sənaye üzrə  pedoqoji texnikumu, 1989-ci ildə SSRİ Daxili Nazirliyinin Sverdlovsk şəhərində yerləşən siravi polis nəfəri ( kiçik rəisi heyəti) hazilayan polis məktəbini, 2008- ci ildə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitrib.O, Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsində və  hərbi hissələrində  kecirlən təlim -metodiki toplanışlarda, xüsusi-taktiki təlimlərdə, nümnəvi-göstərici məşğələlərdə, kurslarda, seminarlarda, konfuraslarda fəal  iştirak  edərək,  müvafiq sertifikatlara layiq görülmüşdür.
       
İlham Umudov 1989 -1991 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Baqdanovic şəhərində yerləşən Polis şöbəsində polis nəfəri vəzifəsində işləmiş, 1992- 1993 -ci illərdə   Daxili İşlər Nazirliyinin  Ağdərə rayonun polis şöbəsində müxtəlif vəzifələrdə, 1994 -2015 -ci illərdə  isə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin  Binəqədi, Xətai Nərmanov və Quba rayonlarında yerləşən hərbi hissələrdə (briqadada) Xüsusi Təyinatlı Dəstədə qrup komandiri və Dəstə komandiri, Daxili Qoşunların Bas İdarəsinin Mühəndis xidmətində baş zabit,  Döyüş hazırlığı şöbəsində isə Xüsusi təyinatlı bölmələrin hazırlıgı üzrə baş zabit vəzifələrində Millətə, Dövlətə  Vətənə və Xalqa sədaqatlə xidmət edib.
   
1992-1994 ci illərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gələrək   12 oktyabr 1992 -ci  ildə Çıldıran və Dranbon  uğrunda gedən döyüşlərdə yaralanmışdır.
     
İlham Umudov Daxili İşlər orqanlarında və Daxili Qoşnlarda xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Hərbi  və Polis Andlarının, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq və sərancamları dəqiq və vaxtında yerinə yetirməkdə bir çox hərbi qulluqçular və polis  əməkdaşları üçün  ücün nümnə olmuşdur.
  
 O,Daxili Qoşunlarda xidmət etdiyi müddətdə Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxili Qoşunlara  həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında, tutulmasında və tərk silah edilməsində şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində  ictimai əsayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrndə və cəzacəkmə müəsissələrində kütləvi iğtişaşların qarşısının alənmasında, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların,yanğınların, bədbəxt  hadisələrin və təbii fəlakətlərin nəticələrinim aradan qaldırılmasında, eləcədə, Azərbaycan  Respubilkasının ərazi bötövlüyünün təmin edilməsində  üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

 Silahll Qüvvələr və müharibə  veteranı- istefada olan polkovnik leytenant İlham Umudov Daxili Qoşunların Baş İdarəsinində xidmət edərkən bir çox komissiyanın, kompleks və məqsədli qrupların tərkibində olarkən öz səmərəli fəaliyyəti ilə, təcürbəsi ilə, mənəvi və işgüzar keyfiyyəti ilə Daxili Qosunlar komandanlığının daimi diqqət mərkəzində olmuşdur.
    
 Polkovnik -leytenant  İlham Umudovun səmərəli fəaliyyəti həmişə Daxili İşlər Nazirliyinin rəhbərliyi, Daxili Qoşunların Komandanlıgı, Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyin İdarə heyəti və xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən yüksək qiymətləndirildiyinə görə O, Azərbaycan Respublikasının Prezidentinin, Daxili İşlər Nazirinin və Daxili Qosunlar komandanın və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müvafiq sərəncamları və əmrləri ilə aşağıdakı orden və medallarla  təltif edilib:

1."Azərbaycan Bayrağı ordeni ilə"

2.  "Hərbı xidmətlərinə görə"medalı ilə;
 
3.”Azərbaycan Respublikasının Silahlı Qüvvələri veteranı” medalı ilə;

4. "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

 5.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal  ilə -Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;

 6.” Qusursuz xidmətə görə”  3 cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

7."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  10 iliyi  (1991 -2001)” yubiley medalı ilə;

8.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  90 illiyi  (1918-2008 )” yubiley medalı ilə;

9.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley" medalı ilə;

10."Xidmətdə fəriqləndiyinə görə” 3 -cü dərəcəli  medalı ilə;

11.”Müharibə Veteranı” medalı ilə;

12.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin yaranmasının 25 illiyi (1994-2019)” yubiley medalı ilə;

13.”Azərbaycan Respubilkası  Silahlı Qüvvələrinin  100 illiyi (1918-2018)” yubiley medalı ilə;
 
14.” Böyük Zəfər” medalı ilə.

15.”KKVTİC Respubilka şurasının” yubiley medalı  ilə. 

İstefada olan Polkovnik -leytenent İlham Umudov  Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarda xidmət etdiyi illərdə xiidmətdə fəriqləndiyinə görə o, Daxili İşlər Nazirinin , Daxili Qosunlar Komandanının onun müavinlərinin, şöbə rəisinin və  hərbi hissə komandirinin müvafiq əmrləri ilə  əla xidmətlərə görə əlacı  və yubiley  döş nişanları ilə, bir çox  fərmanlarla və  qiymətli hədiyyələrlə mukaflandirılıb və ona təşəkkur elan edlib.
     
 
 
                             BÜTÜN GÖZƏL NƏ VARSA SƏNİN OLSUN İLHAM !
                                                            100  YAŞA, SAĞLAM YAŞA!

 Azərbaycan Respublikasının Silahlı Qüvvələr  və Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages