İşgüzarlığı, yüksək intellektual səviyyəsi, idarəçlik qabiliyyəti,iradi və mənəvi keyfiyyəti ilə seçilən, səmimi insan, Azərbaycan Respubilkasının Müharibəs Veteranı- istefada olan polkovnik- leytenat Əsgərov Firuzəddin Əlibəndə oğlunun avqust ayının 17-də 62 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarəndan alını açıq və üzüağ çıxan Azərbaycan Respubilkasının Müharibə Veteranı- istefada da olan polkovnik-leytenant Firuzəddin Əlibəndə oğlunu belə bir əlamətdar gün münasibəti ilə Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər, Firuzəddin qoy yaşnızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik - leytenant Əsgərov Firuzəddin Əlibəndə oğlu 1962 -ci ilin avqust ayının 17-də Lənkaran rayonunun Göyşaban kəndində zəhmətkeş bir ailədə anadan olub.
1980 - cı ildə Lənkaran rayonunun Göyşaban kənd orta məktəbi, 1990- ci ildə Azərbaycan Texniki Universiteti,1998-ci ıldə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzini (fərqlənmə diplomla) bitrib.
Firuzəddin Əsgərov Din-in Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim – metodiki toplanışlarda, hərbi və xüsusi -taktiki təlimlərdə, komanda-qərargah məşqlərdə, seminar və konfranslarda fəal iştirak edib. Hərbi təcürbə müvadiləsi əldə etmək ücün Türkiyə Jandarma Qüvvələrinin Ankara, İstanbul və İzmir (Foce) şəhərlərində yerləşən hərbi hissələrdə və hərbi məktəblərində işgüzar səfərdə olub.
Polkovnik leytenant Firuzəddin Əsgərov 1980-1982-ci illərdə SSRİ Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində müddətli həqiqi hərbi xidmətə olub.
Azərbaycan Respubilkasının Müharibə Veteranı- polkovnik leytenant Firuzəddin Əsgərov 1992- 2011 -ci illərdə Azərbaycan Respublikasının DİN-in Daxili Qoşunların Baş İdarəsinin Lənkaran,Füzuli,Xətai və Quba rayonlarında yerləşən hərbi hissələrində bölük komandirinin tərbiyəvi işlər üzrə müavini, bölük komandiri, tərbiyə bölməsinin rəisi-baş təlimatcı,hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə köməkçisi, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini,Daxili Qoşunların Bas İdarəsinin mənəvi-pisxoloji hazırlığı şöbəsində isə baş zabit vəzifələrində xidmət edib.
Polkovnik- leytenant Firuzəddin Əsgərov peşəkarlığı, humasitliyi və səadəliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 20-ildən çox şərəfli xidmət yolunu Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında kecirərək,Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.
Firuzəddin Əsgərov Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili Qoşunlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, hərbi anbarların, hərbi bazaların, kommunikasiya qurğuların, xüsusi yüklərin, iclah - əmək müəssisələrinin mühafizə olunmasında, cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin axtarılmasında və tutulmasında şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirıərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və islah-əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar (fövqəladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır .
O,Daxili Qoşunlarda xidmət etdiyi müddətdə şəxsən, Azərbaycan Respublikasının Konustutiyasına və qanunlarına , Hərbi Andın, hərbi və Din-in daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər və digər hərbi qulluqçular üçün nümunə olmuşdur.
Polkovnik – leytenat Firuzəddin Əsgərov Daxli Qoşunlarda xidmət etdiyi ilərdə xidmətdə fəqləndiyinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təlim tədris mərkəzi rəisinin və hərbi hissə komandirlərinin əmrləri ilə əla xidmətlərinə, döyüş və ictimai siyasi hazırlığına görə əlaçı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla , diplomlarla və qiymətli hədiyyələrlə mükaflandırlıb,ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:
1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
2.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
3.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
4.”Qusursuz xidmətə görə” 2 - ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5.”Qusursuz xidmətə görə 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə ğörə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN FİRUZƏDDİN!
100 YAŞA,SAĞLAM YAŞA.
Azərbaycan Respubilkasının Siıahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder