Təbrik :Polkovnik İlham Tağıyev -58




Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst - xətti  olan, peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü  Daxili Qoşunlarınn hərbi hissələrində və Daxili  Qoşunların Baş İdarəsində keçirmiş Azərbaycan Respubilkasının Silahlı Qüvvələr Veteranı və  44 günlük Vətən  müharibə iştirakçısı-  ehtiyatda olan polkovnik  Tağıyev İlham Surxay oğlunun  avqust ayının  15-də  dünya göz açdığı gündür.
  Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr Veteranı  və  44 günlük  Vətən  müharibə iştirakcısı- ehtiyatda  olan polkovnik İlham Tağıyevi  doğum günü münasibətilə Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, İlham müəllim qoy yaşınızın üstə gələn bu yaş da  sizə  sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Tağıyev İlham Surxay oğlu 1966-cı ilin avqust ayının 15-də Sumqayıt şəhərində zəhmətkeş ailədə anadan olub.Əslən Qubatlı rayonun Mehrili kəndindəndir.
İlham Tağıyev 1983 -cü illdə Sumqayıt şəhərində  orta məktəbi, 1987-ci ildə Tolyattı şəhərində  Ali hərbi məktəbi, 2001-ci ildə isə Azərbaycan Silahlı Qüvvələrin Hərbi Akademiyasında  Starateji Araşdırmalar    və Dövlətin Müdafiəsinin İdarəetmə Akademik  kursu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində  keçirilən bir çox təlim- metodiki təlim toplanışlarda, nümnəvi-göctərici məşğələlərdə, xüsusi - taktiki təlimlərdə, komanda- qərargah məşqlərində,  müvafiq kursalarda, seminar və konfranslarda fəal iştirak edib. Hərbi təcürbə əldə etmək ücün xarici ölkələrdə işgüzar səfərdə olub.
İlham Surxay oğlu Tağıyev 1987-1992 ci illərdə Sovet ordusunun  Qazaxıstanda   yerləşən hərbi hissələrin birində  taqım və bölük kamandiri vəzifələrində işləyib. 
1993-2022 -ci illərdə Din-in Daxili Qoşunların Əlibayramlı (indiki Şirvan) şəhərində, Xacmaz (Yalama qəsəbəsində),  Nərmanov rayonlarında yerləşən  hərbi hissələrdə  döyüş hazırlığı bölməsində zabit, döyüş hazırlığı bölməsinin rəisi, hərbi hissə komandirinin  birinci müavini, Daxili Qoşunların  Baş İdarəsinin döyüş hazırlığı idarəsində baş zabit,  Daxili Qoşunların  əməliyyat və döyüş hazırlığı idarəsində döyüş hazırlığı şöbə rəisin müavini və həmin şöbənin rəisi,  Daxili Qoşunlarln  Baş İdarəsinin inispeksiya rəisi, Daxili Qoşunların  Baş İdarəsində maddi -texniki təminat (mtt)  idarənin qərargah rəisi- mtt  idarə rəisnin müavini    vəzifələrində  Millətə, Vətənə,Dövlətə  və Xalqa sədaqətlə xidmət edib. 
Calışdığı bütün vəzifərdə özünü bacarıqlı və təcürbəli  zabiti və qayğıkeş insan kimi  göstərən polkovnik Tağıyev İlham Surxay  oğlu DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
   Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  ixtşaşların qarşlsının alınmasında,şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai  asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin eləcədə  silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər  və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin, yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazı bütövlüyü  uğrunda gedən döyüşlərdə    üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
  Hərbi yoldaşları  İlham Tağıyevi  vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
Öz  vəzifələrini və hərbi hissə qarşısında  qoyulmuş  vəzifə  və tapşırıqları yerinə yetirərkən xüsusi fərqləndiyinə  və nümunəvi xidmətlərinə  görə Azərbaycan Respubilkasının  Baş Nazirinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə 44 günlük Vətən müharibəsi iştirakcısl, əla xidmətlərə görə   əlaçı  və yubiley döş nişanları ilə təltif olnub, bir cox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
       
Azərbaycan Respublikasının müstəqilliyinin və  ərazi bütövlüyünün  qorunub saxlanmasında, eləcədə respublikada əmin - amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə  xüsusi xidmətlərinə görə aşağıdakı medallarla təltif olunub:
1."Hərbi xidmətlərə görə " medalı ilə;
2."Azərbayca  Respubilkasının Silahlı Qüvvələrinin Veteranı " medalı ilə;
3. " Hərbi xidmətdə fərqlənməyə görə " -1-ci dərəcəli medal ilə;
4." Hərbi xidmətdə xərqlənməyə görə" 3-cü  dərəcəli medal ilə;
5. “ Hərbi xidmətlərə görə” 2-ci dərəcəli medal ilə;
6.”Hərbi xidmətlərə görə” 1 -ci dərəcəli nedal ilə;
7."Azərbaycan Respublikasının  Silahlı Qüvvələrinin   10 illiyi ( 1991 - 2001)” yubiley  medalı ilə;
8."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin   90 illiyi  ( 1918 - 2008 )”  yubiley   medalı ilə;
9."Azərbaycan Respubilkasının  Silahlı Qüvvələrinin   95 illiyi  ( 1918 - 2013 )” yubiley medalı ilə;
10."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 100 illiyi  ( 1918 - 2018 )” yubiley medalı ilə;
11."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal  - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;
12."Qüsursuz xidmətə görə 2 -ci  dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
13."Qüsursuz  xidmətə görə" 1-ci dərəcəli medal  - Silahlı Qüvvələrdə 20 təqvim ili  xidmətə görə,
      ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
     58   YAŞIN MÜBARƏK OLSUN  İLHAM  MÜƏLIİM!
     BÜTÜN ARZULARIN ÇİN OLSUN!
     HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages