Təbrik: Natiq Həsənov-59



İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür. Belə insanlardan biridə işgüzarlığı, yüksək intellektual səviyyəsi və idarəçilik qabiliyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində kecirən, Azərbaycan Vətən Müharibəsi Veteranları Ictimai Birliyi (AVMVİB) sədrinin müavini, AVMVİB-in Mingəcevir şəhər  şöbəsinin sədri Həsənov Natiq Nərman oğludur. Avqust  ayının 27 -də onun dünya göz açdığı gündür.

Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan, müharibə veteranı Həsənov Natiq Nərman oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) rəhbərliyi,
Fədai. Az kollektivi, doğmaları, iş və döyüşcü yoldaşları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,Natiq  müəllim qoy yaşnızın üstə gələn  bu yaş da sizə sevinc dolu günlər bəxş etsin.
  
Həsənov Natiq Nərman  oğlu 1965-ci ilin avqust ayının 27-də Azərbaycan Respublikasının Göygöl rayonunun Toğanlı kəndində ziyalı ailədə anadan olub.

O,Azərbaycanım ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların  öhtəsindən layiqincə gəlmişdir.

Natiq Həsənov 44 gün davam edən və torpaqlarlarmızın azadlığı ilə nəticələnən «Dəmir Yumruq» Əməliyyatlarda hərbi qulluqçularmızın yanında olaraq  Vətənimizin müdafiəsi üçün əlindən gələn köməyi əsirgəməmişdir.

O,Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi içində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gələrək, ictimaiyyət, müharibə veteranları işlədiyi kolektiv, dost - tanış, qohum- əqraba arasında özünə layiq hörmət qazanıb.

Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında, xidmət etdiyi hərbi hissəyə və işlədiyi ictimai birliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin,korpus və hərbi hissə komandirlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin, Mingəcevir şəhər İcra Hakimiyyəti Başçısının, bir sıra Respublika İctimai Birliy sədirlərinin əmrləri ilə müvafiq medallarla, döş nisanları ilə təltif olunub,bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.

NATİQ MÜƏLLİM  59 YAŞIN MÜBARƏK OLSUN!
 
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


Hiç yorum yok:

Yorum Gönder

Pages