Təbrik: Mayor Xəqani Mikayılov - 48



İnsan ücün  ən yaddaqalan günlərdən biri onun doğum günüdür.Ömürə bəzək olan ad günü hər il xüsusu qeyd olunur.Belə ad günü qeyd  edən insanlardan biridə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst- xətti olan -ehtiyatda olan mayor Mikayılov Xəqani Şavaqat oğludur.Avqust ayının  25 -də dünya göz açdığı gündür.  
Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan    Xəqani Mikayılovu  belə bir əlamətdar  gün münasibətiilə  Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri, və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib -tükənməyən nəaliyyətlər arzu edib deyirlər, Xəqani qoy yaşının üstə gələn bu yaş da  sizə sevincdolu günlər bəxş etsin.
Mayor  Mikayılov Xəqani  Şavaqat   oğlu 1976 -ci ilin avqust ayının 25-də Bakı şəhərində  zəhmətmeş bir ailədə anadan olub. 
1993- cü ildə Bakı şəhəri Nizami rayonun 201 saylı tam orta  məktəbi, 1997-ci ildə Azərbaycan Texnologiya Universitetini bitrib. Xəqani Mikayılov Daxili İşlər Nazirliyinin  (Din-in) Daxili Qoşunlarının hərbi hissələrində xidmət etdiyi illər ərzində  Din-in  Daxili Qoşunların Baş İdarəsində və hərbi  hissələrində keçirlən müvafiq kurslarda, bir çox nümnəvi-göstərci məşğələlərdə xüsusi-taktiki təlimlərdə, təlim-metodiki toplanışlarda, komanda-qərargah məşqilərində,seminar və konfranslarda fəal iştirak etmişdir.
Xəqani  Şavaqat oğlu Mikayılov 1997-1998-ci illərdə Azərbaycan Respubilkasının Ədiliyyə Nazirliyinin Penitensiar xidmətinin  mühafizə alayında müddətli həqiqi  hərbi xidmətdə olub.
2001- 2006-cı illərdə Azərbaycan  Dövlət Sərhəd Xidmətinin  Xəzər  və  Zakatala rayonlarında  yerləşən hərbi hissələrində  müxtəlif vəzifələrdə, 2007-2019 -cu illərdə isə Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların   Baş İdarəsinin Xətai və Quba rayonlarında yerləşən  hərbi hissələrin Xüsusi təynatlı    dəstəsində qrup komandiri, Xüsusi vasitələrin tətbiki dəstə komandirinin tərbiyəvi  işləri   üzrə müavini və  xidmət rəisi vəzifələrində Millətə, Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Ehtiyatda olan mayor Xaqani Mikayılov peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 20-ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirib.
Xaqani Şavaqat oğlu  Mikayılov  Din-in Daxili Qoşunlarda xidmət etdiyi müddətdə şəxsən , Azərbaycan Respublikasının Konustutiyasına və qanunlarına, Hərbi Andın , hərbi və daxili qoşunların  döyüş  xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə  tabeliyindəkilər üçün nümunə olmuşdur .
Xəqani Mikayılov Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxili Qoşunlara həvalə etmiş vəzifələrin yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin,hərbi şəhərciklərin,inzibati binaların, təchizat anbarların  mühafizə edilməsində, cinayətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin axtarılmasında və zərərləşdirilməsində,yanğınlar,qəzalar,bədbəxt  hadisələr və təbbi fəlakətlər və başqa fövqaladə hallar  (fövqaladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və  ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında üzərinə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirilməsinə  məsuliyyətlə yanaşmışdır.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşrıqları yerinə  yetirərkən xüsusi fəriqləndiyinə  görə   Daxili işlər Nazirinin, Dövlət Sərhəd  Xidmət rəisinin,  Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əlacı və yubiley  döş nişanları  ilə, bir çox fərmanlarla, diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona  təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:
1.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20  təqvim ili xidmətə görə;
2.”Qüsursuz  xidmətə görə” 2 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xudmətə görə;
3.”Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə  10 təqvim ili  xidmətə görə;
4.”Azərbaycan Respubilkasının  Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
6.”Azərbaycan Reslubilkasının Silahlı Qüvvələrinin  95 illiyi (1918- 2013)” yubiley medalı ilə.
Xaqani doğum günün mübarək olsun!
100 (yüz) yaşa sağlam yaşa. 
Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev



  

Hiç yorum yok:

Yorum Gönder

Pages