Təbrik: Mayor Anar Axundov



     
 Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının  həyatında öz dəst -xətt olan, peşəkarlığı,sadəliyi, səmimiyyəti,səmərəli fəaliyyəti,iradi və mənəvi keyfiyyəti  ilə seçilən - ehtiyada olan   mayor   Axundov  Anar Azər   oğlunun  avqust  ayının  9 -da  dünya göz açdığı gündür.
      
 Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan  mayor Axundov Anar Azər  oğlunu doğum günü münasibətilə  Daxli İşlər Nazirliyinin Daxili   Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,tələbə  yoldaşları, doğmaları, yaxınları və  iş  yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Anar  qoy yaşının  üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Axundov Anar Azər    oğlu   1984 - cü  ilin  avqust ayının   9 - da  Azərbaycan  Respublikasının  Gəncə  şəhərində  zəhmətkeş bir ailədə anadan olub.
     
2000 - ci ildə Gəncə şəhəri 23 nömrəli  orta məktəbi, 2008- cu  ildə    Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının orta  ixtisas hərbi   məktəbini,2011-ci ildə  isə Türkiyə Jandarma Qüvvələrinin hərbi  məktəblərin  birində  ixtisas artırma kursunu   bitrib. 

Anar Axundov    Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  bir çox təlim- metodiki toplanışlarda, nümunəvi -göstərici məşğələlərdə,  xüsusi- taktiki təlimlərdə , komanda qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
    
2002- 2004 - cü illərdə Daxili Qoşunların  Binəqədi  rayonunda yerləşən  hərbi hissədə  müddətli həqiqi hərbi xidmətə olub.  

2004-2022 - cü    illərdə  Din-in Daxili Qoşunların Gəncə və Sumqayıt şəhərlərində, Zaqatala və Xəzər  rayonlarında  yerləşən  hərbi hissələrdə və orta ixtisas  hərbi  məktəbində   yarım qrup komandiri,müdavim və kəşfiyyat   xidmət rəisi   vəzifələrində Millətə, Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.

Anar Axundov   Qanunvericiliklə  müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin və hərbi təchizat  anbarların mühafizəsində,   yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai asayişin qorunmasında  və ictimai  təhlükəsizliyin təmin olunmasında,  bədbəxt hadisələr,yanğınlar, qəzalar, təbii fəlakətlər və başqa  fövqaladə hallar (fövqalədə  vəziyyət  və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində,  dövlətətin ərazi bütövlüyünün təmin olunmasın  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
     
Hərbi və iş yoldaşları  Anar  Axundov  vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.
 Mayor Anar   Axundov  istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
       
O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
      
Öz xidməti  vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən  fəriqləndiyinə, şücaət, fədakarlıq göstərdiyinə  və digər xidmətlərə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, orta ixtisas məktəb rəisinin, hərbi hissə komandirin  müvafiq əmrləri ilə əla və nümnəvi xidmətlərinə  görə  əlacı  və yibiley  döş nişanları ilə təltif olunub, bir çox  fərmanlarla,diplomlarla və qiymətli hediyələrlə mükafatlandırlıb, ona təşəkkür elan olunub və aşağıdakı medallarla təltif edilib:

1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin  100  illiyi (1918-2018)” yubileyi medalı ilə;

2.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10  təqvim ili xidmətə görə;

3.“Quzursuz xidmətə görə” 2-ci dərəcəli  medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

4.”Qusursuz xidmətə görə” 1 -ci  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  ANAR !!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, 
BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr və Müharibə   Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages