Təbrik: Ələddin Əzizov - 55



Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Xaçmaz rayon şöbəsinin sədri Əzizov Ələddin Qadir oğlunun avqust ayının 16 -da dünyaya göz açdığı gündür. 
  
Ələddin Əzizov 1992-1996-cı illərdə Vətənin müdafiəsində müxtəlif bölgələrdə xidmət edib.
 “Karate” üzrə (4 -dərəcəli) Qara kəmər  ustası, peşəkar  idmançı olan Ələddin Əzizovun bu sahədə də nailiyyətləri yetərincədir. Avropa, Dünya çempionluğu ilə yanaşı bir sıra Beynəlxalq turnnirlərdə ölkəmizi layiqincə təmsil edib. Bu gün də Xaçmaz və şimal bölgələrində baş məşqçi kimi Azərbaycan idmanına öz töhfələrini verməkdədir.
Müharibə veteranlarının problemlərinin həllində ictimai fəal kimi öndədir. Onun bu fəaliyyəti AVMVİB-nin təsis etdiyi Xatirə medalları və Fəxri fərmanla təltif edilib.
 Daimi həyatın bütün sınaqlarından alınıaçıq, üzüağ çıxan Əzizov  Ələddin Qadir oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi   səmimi qəlbdən təbrik edir,  səbəbkara  həyatda insan üçün ən şirin  nemət olan möhkəm can sağlığı, ailə səadəti, həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzu edib deyirlər Ələddin müəllim   qoy yaşının üstə gələn bu yaş da  sizə sevincdolu günlər bəxş etsin.

Bütün gözəl nə varsa, sənin olsun, Ələddin bəy!
100 YAŞA, SAĞLAM YAŞA!



Hiç yorum yok:

Yorum Gönder

Pages