Təbrik: kapitan Yaşar Suleymanov - 66





 İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür.  Belə insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, sadəliyi və səmimiyyəti, dəqiqliyi və təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, vətənpərvərliyi, təcövzkarlığı, iradi və  mənəvi keyfiyyəti  ilə  seçilən,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin hüquqi məsələlər üzrə səlahiyyətli nümayəndəsi 2-ci qrup  müharibə  əlili- istefada olan kapitan  Suleymanov Yaşar İdris  oğludur. Avqust ayının 7 - də onun  dünya göz açdığı gündür.
   
 Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan, 2-ci qrup müharibə əlili Suleymanov Yaşar İdris
  oğlunu doğum günü münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi,  doğmaları, dostları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər,Yaşar müəllim qoy yaşının üstə gələn bu yaş sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə  sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin

Kapitan Suleymanov Yaşar İdris oğlu 1958 -ci ilin avqust ayının 7 -də Bakı şəhərində zəhmətkeş bir  ailədə anadan olub.Əslən Lacın rayonun Təzəkənd kəndindəndir.

Yaşar Suleymanov 1975 -ci ildə  Bakı şəhər 78 saylı orta məktəbi, 1985 -ci ildə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitrib. 
 
1976-1978-ci  illərdə Sovet Ordusunda müddətli  həqqiqi hərbi xidmətdə olub.1992- 1998-ci illərdə Azərbaycan ordusunun döyüş bölkələrində  (Lacın, Kəlbəcər, Ağdərə, Füzuli və Ağdam rayonlarında) Naxçıvan Muxtar respubilkasında yerləşən hərbi hissələrində bölük komandiri vəzifələrində Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.

 O, Lacın və Ağdam rayonları istiqamətlərində gedən döyüşlərdə yaralanıb.2-ci qrup müharibə əlilidir.Yaşar Suleymanov hal-hazırda elmi işlə məşğuldur. 
   
Kapitan Yaşar  Süleymanov  hərbi xidməti və İctimai  vəzifələrinin  icrasına məsuliyyətlə yaşadığına görə    Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin,   korpus və hərbi hissə komandirinin müvafiq əmrləri ilə  bir sıra  medallarla və döş nişanları ilə təltif olunub,  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb,ona təşəkkür elan edilib.
YAŞAR  MÜƏLLİM DOĞUM GÜNÜN  MÜBARƏK !!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Hiç yorum yok:

Yorum Gönder

Pages