Təbrik : Kapitan Samir Quliyev -52



İşgüzarlığı, yüksək  intellektual səviyyəsi, idarəçlik qabiliyyəti,iradi və mənəvi keyfiyyəti ilə seçilən, səmimi   insan, Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə  veteranı- ehtiyatda olan kapitan Quliyev Samir  Cəlal  oğlunun avqust  ayının 5-də dünyaya göz açdığı gündür. 
Daimi həyatın  imtahanlarəndan  alınıaçıq   və üzağ çıxan, Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə  Veteranı- ehtiyatda olan kapitan Samir Quliyevu  belə bir əlamətdar gün   münasibəti ilə Daxili İşlər Nazirliyinin (Din-in)  Daxili Qoşunlarının  ehtiyatda  və istefada olan zabitləri, doğmaları iş  yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər, Samir   qoy  yaşnızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Kapitan Quluyev Samir Cəlal  oğlu  1972 -ci ilin avqust  ayının 5 - də Bakı şəhərində  zəhmətkeş bir ailədə anadan olub.
Samir Quliyev Bakı şəhəri  Təhsil İdarəsinin  175 saylı   orta məktəbi, Azərbaycan Dövlət  İqsadiyət Ünverstetini bitrib. O, Din-in Daxili Qoşunların Baş İdarəsində, hərbi hissələrində  keçirlən bir çox  təlim- metodiki toplanışlarda, hərbi və xüsusi -taktiki təlimlərdə, komanda-qərargah məşqlərdə, müvafiq ixtisas artırma kurslarda  seminar və konfranslarda fəal iştirak edib.
Azərbaycan Respubilkasının  Silahlı Qüvvələri  və Müharibə  Veteranı-mayor kapitan Quliyev Samir Cəlal  oğlu   1990-1991-ci  illərdə Sovet Ordusunuda müddətli həqiqi hərbi xidmətə olub. 1992-ci ildə könüllü olaraq  Azərbaycan Ordusunun  Xüsusi təyinatlı dəstələrinin  tərkibində  Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  olub.
1993- 2017 -ci illərdə   Azərbaycan Respublikasının DİN-in Daxili Qoşunların Baş İdarəsinin  Hacqabul,Ağdam, Binəqədi, Xəzər     və  Nərmanov  rayonunlarında yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə  çalışıb.   
Kapitan Quluyev Samir Cəlal oğlu  peşəkarlığı, humasitliyi və səadəliyi  ilə seçilən ömrünün ən məhsuldar dövrünün 26-ildən çox  şərəfli xidmət yolunu  hərbi xidmətdə  kecirərək,Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib. 
Samir Quliyev   Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxili Qoşunlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, hərbi anbarların, hərbi bazaların, kommunikasiya qurğuların, xüsusi yüklərin,  iclah - əmək müəssisələrinin mühafizə olunmasında, cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin axtarılmasında və tutulmasında şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirıərin  kecirilmə yerlərində ictimai  asayişin qorunmasında  və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və islah-əmək müəsissələrində kütləvi iğtişaşların  qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii  fəlakətlər və başqa   fövqəladə hallar (fövqəladə  vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır .  
O,Daxili Qoşunlarda xidmət etdiyi müddətdə şəxsən, Azərbaycan Respublikasının Konustutiyasına və qanunlarına  , Hərbi Andın, hərbi və Din-in daxili qoşunların döyüş xidməti nizamnamələrinin  tələblərinə və vəzifə borcuna əməl etməkdə  tabeliyindəkilər və digər hərbi qulluqçular üçün nümunə olmuşdur.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət, fədakarlıq göstərdiyinə və digər xidmətlərinə  görə kapitan Quliyev Samir Cəlal  oğlu   Azərbaycan  Respublikası Prezidentinin  müvafiq sərəncamı,  Daxili İşlər Nazirin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin,ali hərbi məktəb rəisinin, və hərbi  hissə komandirinin müvafiq   əmrləri ilə  əlaçı,  yubiley  və  müvafiq idman dərəcəsi döş nişanları ilə   təltif edilib, bir çox fərmanlarla, diplomlarla və qiymətli hədiyyələrlə mükaflandırlıb,ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:
1.”Hərbi xidmətlərə görə” medalı ilə;
2.”Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı" medalı ilə;
3.”Azəraycan Respubilkasının Silahlı Qüvvələrinin    10  illiyi (1991-2001)” yubiley medalı ilə;
4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
5.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli  medal ilə - Silahlı Qüvvələrdə  20  təqvim ili   xidmətə görə;
6.”Qusursuz xidmətə görə” 2 - ci dərəcəli medal ilə-  Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;
7.”Qusursuz  xidmətə görə  3-cü dərəcəli  medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
DOĞUM  GÜNÜN MÜBARƏK OLSUN  SAMİR!
100 YAŞA, SAĞLAM YAŞA.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və  Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages