Təbrik : Kapitan Elçin Xəlilov - 47



İşgüzarlığı, yüksək  intellektual səviyyəsi, idarəçlik qabiliyyəti,iradi və mənəvi keyfiyyəti ilə seçilən, səmimi   insan- ehtiyatda olan kapitan  Xəlilov  Elçin Əhməd   oğlunun avqust  ayının 7-də anadan olmasının  47  yaşı tamam olub.
Daimi həyatın  imtahanlarəndan  alınıaçıq   və üzağ çıxan- ehtiyatda olan kapitan Elçin Xəlilovu  belə bir əlamətdar gün   münasibəti ilə Daxili İşlər Nazirliyinin (Din-in)  Daxili Qoşunlarının  ehtiyatda  və istefada olan zabitləri, doğmaları iş  yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər,Elçin   qoy  yaşnızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Kapitan  Xəlilov  Elçin  Əhməd oğlu  1977 -ci ilin avqust  ayının 7- də Bakı şəhərində  zəhmətkeş bir ailədə anadan olub.
Elçin Xəlilov 1994-cü ildə  Bakı şəhəri  Təhsil İdarəsinin  54 saylı  tam orta məktəbi,1998-ci ildə Azərbaycan Texniki  Ünverstetini, 1999-cu ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən  təlim-tədris  mərkəzini  bitrib. O, Din-in Daxili Qoşunların Baş İdarəsində, hərbi hissələrində  keçirlən bir çox  təlim- metodiki toplanışlarda, hərbi və xüsusi -taktiki təlimlərdə, komanda-qərargah məşqlərdə, müvafiq ixtisas artırma kurslarda  seminar və konfranslarda fəal iştirak edib.Hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyəyə Cümhuriyyətinin Jandarma Qüvvələrində  işgüzar səfərdə olub. 
Kapitan  Elçin Xəlilov  Azərbaycan Respublikasının DİN-in Daxili Qoşunların Baş İdarəsinin  Binəqədi və  Zakatala  rayonunlarında yerləşən hərbi hissələrində taqım komandiri, bölük komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri  vəzifələrində  Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib. 
   Elçin Xəlilov Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxili Qoşunlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, hərbi anbarların, hərbi bazaların, kommunikasiya qurğuların, xüsusi yüklərin,  iclah - əmək müəssisələrinin mühafizə olunmasında, cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin axtarılmasında və tutulmasında şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirıərin  kecirilmə yerlərində ictimai  asayişin qorunmasında  və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və islah-əmək müəsissələrində kütləvi iğtişaşların  qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii  fəlakətlər və başqa   fövqəladə hallar (fövqəladə  vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır .  
O,Daxili Qoşunlarda xidmət etdiyi müddətdə şəxsən, Azərbaycan Respublikasının Konustutiyasına və qanunlarına  , Hərbi Andın, hərbi və Din-in daxili qoşunların döyüş xidməti nizamnamələrinin  tələblərinə və vəzifə borcuna əməl etməkdə  tabeliyindəkilər və digər hərbi qulluqçular üçün nümunə olmuşdur.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət, fədakarlıq göstərdiyinə və digər xidmətlərinə  görə kapitan  Xəlilov Elçin Əhməd   oğlu   Azərbaycan  Respublikası Prezidentinin  müvafiq sərəncamı,  Daxili İşlər Nazirin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin,təlim tədris  mərkəz rəisinin, və hərbi  hissə komandirinin müvafiq   əmrləri ilə  bir sıra medallarla, əlacı yubiley  və   döş nişanları ilə   təltif edilib,  fərmanlarla, diplomlarla və qiymətli hədiyyələrlə mükaflandırlıb,ona təşəkkur elan edilib.
YENİ YAŞIN MÜBARƏK OLSUN  ELÇİN!
100 YAŞA, SAĞLAM YAŞA.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və  Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages