İnsan üçün ən yaddaqalan günlərin başlıcası onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd olunur.Xüsusi ad günü qeyd olunan insanlardan biridə Daxili İşlər Orqanların və Daxili İşlər Nazirliyinin (Din-in) Daxli Qoşunların həyatında öz dəst-xətti olan, işgüzarlığı, vətənpərvərliyi və zəhmətkeşliyi ilə seçilən, “Əfqanıstan müharibə veteranı” və “Azərbaycan Respublikasının müharibə veteranı.-istefada olan kapitan Xəlilov Almaz Səmyət oğludu.Avqust ayının 22 -də onun 55 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü- kapitan Almaz Xəlilovu belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, yaxınları, iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı,həyat yollarnda uğurlar arzu edib deyirlər. Almaz qoy yaşnızın üstə gələn bu yaşda sizə sevincdolu günlər bəxş etsin.
Xəlilov Almaz Səmyət oğlu 1969 - cu ilin avqust ayının 22- də Ermanıstan Sovet Sosialist Respublikasının Kalinino rayonunun Dəmirçilər kəndində zəhmətkeş bir ailədə anadan olub.
1986- ci ildə Kalinino rayonun Dəmircilər kənd orta məktəbini, Azərbaycan Ordusunun və Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin təlim- tədris mərkəzində zabit heyətinin hazırlığı və zabitlərin ixtisas artırma kurslarnı bitrib. O, Daxili Qoşunlarda xidmətdə olduğu illərdə, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- təlim metodiki toplanışlarda,nümnəvi -göstərici məşgələlərdə, xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1987- 1988 ci illərdə Sovet Ordusunun Taşkənd Respublikasında, Əfqanıstan Demokratik Respublikasında, Rasiyanın isə Kalininqrad şəhərində yerləşən hərbi hissələrində müddətlı həqiqi hərbi xidmət olub.
1990- 1992 -ci Azərbaycan Respubilkasının Daxili İşlər Nazirliyin Əlahiddə xüsusi- təyinatlı polis dəstəsində yarım qurup komandiri, 1992-1993-cü ildə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrinin birində xüsusi təynatlı dəstədə qurup komandiri, 1993- 2002 -ci illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Nərmanov, Hacıqabul,Zakatala rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrində alayın qərargah rəisinin xidmət üzrə köməkcisi, xüsusi təyinatlı dəstə komandiri , tabor komandiri, Daxili Qoşunların Baş İdarəsinin Qərargahının Növbətçi Xidmətində isə baş zabit vəzifələrində Millətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.”Hərbi xidmətkecmə kecmə haqqında” əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə ) Azərbaycan Respubilkası Daxili işlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxılıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Şuşa, Laçın, Qazax, Tovuz, Göygöl, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə və Çaykəndi xüsusi əməliyyatlarında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Əsli vətəndaşlıq mövqeyi ilə seçilən, kapitan Almas Xəlilov və qardaşı müharibə veteranı Ramiz Səmyət oğlu Xəlilov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin üzvləri kimi, onlar daimi şəhid ailələrinin və müharibə əlillərinin (müharibə veteranlarının ) yanında olaraq öz köməkliyini onlardan əsirgəmir, onların bir çox tədbirlərində fəal iştirak edirlər.
Almaz Xəlilov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qanunvericiliklə müəyyən edilmiş qaydada həvalə edilmiş vəzifə və taışırıqların yerinə yetirilməsində,şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın təmin olunmasında və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində ,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar (hərbi və komendantsaatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Kapitan Almaz Xəlilov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış,qohum - əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətlərinə görə,SSRİ Müdafiə Nazirinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin,korpus və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə “əla xidmətlərə” görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti və ictimai vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə digər xidmətlərinə görə aşağıdakı medallarla təltif olunub:
1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
2.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3.”SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;
4.”Əfqanıstan müharibəsi veteranı” medalı ilə;
5.”Əfqanıstanda döyüş əməliyyatların bitməsinin 25 illik xatirəsinə” medalı ilə;
6.”Beynəlmiləl döyüşcü” medalı ilə;
7.”Azərbayca Reslubilkaaının müharibə veteranı” medalı ilə;
8.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 25-illiyi (1994-2019)” yubiley medalı ilə;
9.”Milli Ordunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə;
10.” Böyük Zəfər” medalı ilə.
Almaz müəllim yubiley günün mübarək olsun!!!
100 yaşa, sağlam yaşa.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı
polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder