“Tanrı insana çox şeyləri açıq verib.

 
Sadəcə iki şeyi qapadıb.
 Bir gün açılsa bilmirəm bu həyatda nələr baş verəcək.
 Nəyə görə biz dünyaya gəlirik?
- “Həyat” sözü... 
Nəyə görə biz bu dünyadan köçürük? “Ölüm” sözü... Bunları biz bilmirik və bilməyəcəyik də..
Mənim ən yaxınım, böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi.
 Bu həyat yoldaşım Vahidə xanım idi.
 Mən hər gün səhər gözümü açıb gecə yuxuda da, yatmazdan əvvəl də bu ağrını yaşayıram. Fikirləşirəm ki, artıq qəribə bir ömür başlayıb həyatımda... 
Mən hətta ən yaxınlarım, anama və atama belə demədiklərimi Vahidəyə deyirdim. 
Amma artıq bu gün bunları deyə biləcək kimsəm yoxdur”..

Fəxrəddin Manafov

Hiç yorum yok:

Yorum Gönder

Pages