Şəhidlərin xatirələri yad edildi



Avqust ayının 14-də Biləsuvar şəhərində I Qarabağ müharibəsi şəhidi Gözəlov Azər Xanış oğlunun anım günü, II Qarabağ müharibəsi şəhidi Kərimov Zöhrab Azad oğlunu və Biləsuvar rayonun Əsgərəbad kəndində Əmirov Ramiz Məcid oğlunun doğum günləri ilə əlaqədar ailələri ziyarət olundu. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın müavini Aqşin Qasımov, Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş 69 saylı Biləsuvar seçki dairəsindən Əliyev Elməddin Saməddin oğlu, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ziyarətçilər şəhidlərimizin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edərək baş sağlığı diləklərini çatdırıblar.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan I Qarabağ müharibəsi şəhidi Gözəlov Azər Xanış oğlu 21 noyabr 1975 –ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. Biləsuvar şəhər 4 saylı tam orta məktəbi bitirmişdir. 4 yanvar 1994-cü ildə Biləsuvar rayon hərbi komisarlığı tərəfindən hərbi xidmətə cağrılmışdır. 26 aprel 1994-cü ildə Ağdam rayonun Nəmirli kəndi uğrunda ağır döyüşlərdə itkin düşmüşdür. Biləsuvar rayon məhkəməsinin 14 avqust 1997-ci il tarixli qərarına əsasən şəhid statusu verilmişdir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan II Qarabağ müharibəsi şəhidi Kərimov Zöhrab Azad oğlu 14 avqust 2003-cü ildə Biləsuvar şəhərində anadan olmuşdur. Şəhid Kərimov Zöhrab Azad oğlu 2022-ci ilin 12 - 13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olmuşdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Şəhid Kərimov Zöhrab Azad oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Ramiz Məcid oğlu Əmirov 14 avqust 1970-ci ildə Biləsuvar rayonun Əsgərəbad kəndində anadan olmuşdur. 1988-ci ildə Əsgərəbad tam orta məktəbi bitirmişdir. 13 fevral 1993-cü ildə Biləsuvar rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə cağrılmışdır. Beyləqan bölgəsində döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 14 iyul 1995-ci ildə Əsgərəbad kənd qəbristanlığında dəfn olunmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin!

Hiç yorum yok:

Yorum Gönder

Pages