ŞƏHİD RƏVAN LƏTİFOV



ŞƏHİD  RƏVAN  LƏTİFOV Rəvan Lətifov 1991-ci il avqustun 26-da Oğuz rayonu Xaşmaz kəndində ziyalı ailəsində anadan olmuşdur.2008-ci ildə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetin “Təhsilin təşkili və idarə edilməsi‘’ fakultəsinə qəbul olunmuşdur. 2012-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında “N”saylı hərbi hissədə qulluq etmişdir. Qulluq zamanı bir neçə təltifnamə və təşəkkürnamə almışdır. 2014-cü ildə Oğuz rayonu şəhid Əsabəli Abdulhüseynov adına Sincan kənd orta məktəbində təşkilatçı vəzifəsində işləməyə başlamışdır. 2020–ci il sentyabrın 28-də səfərbərliklə ordu sıralarına çağrilmışdır.
Rəvan Lərifov 29 sentyabr 2020 –ci ildə Milli Ordu sıralarına qoşulmuşdur. Bir ay ərzində Gəncə şəhərinin “N”saylı hərbi hissəsində iştirak etdikdən sonra Qarabağ uğrunda gedən aktiv hərbi əməliyyatlara qoşulmuşdur. 29 oktyabr tarixdə Tank əleyhinə batareyanın əsgəri vəzifəsində Füzuli rayonunun ikinci Mahmudlu kəndinin düşmən işğalından azad edilməsində iştirak etmişdir. 2020-ci ilin 6 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunması əməliyyatında fəal iştirak edərək döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmişdir. 6 noyabr tarixində Rəvan Lətifovun iştirak etdiyi batareya Daşaltı-Şuşa istiqamətində hücuma keçir. Bu onun son döyüşü olur. Bu istiqamətlərdə gedın qanlı döyüşlərdə Rəvan Lətifov qəhrəmancasına şəhid olur. Onun ölüm xəbəri hər kəsi sarsıdır. O, Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunur.
16 noyabr 2020 –ci ildə Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Rəvan Lətifovun Ömür adlı oğlu yadigar qalmışdır.
ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN ŞƏHİDİM.VƏTƏNİN İGİD QƏHRƏMAN OĞLU.

ELDAR QAFAROV

ŞƏHİD  RƏVAN  LƏTİFOV
ŞƏHİD  RƏVAN  LƏTİFOV

Hiç yorum yok:

Yorum Gönder

Pages