Şəhid polkovnik-leytenant Babək Ramaldanovun anım günüdür



Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Babək Ramaldanov 1982-ci il avqustun 9-da Bakı şəhərində anadan olub.

Bakmiltv.info xəbər verir ki, 1997-2000-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM), 2017-2019-cu illərdə isə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasında ali hərbi təhsil alıb. Polkovnik-leytenant Babək Ramaldanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 16-da Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Babək Ramaldanov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Hiç yorum yok:

Yorum Gönder

Pages