Şəhid İsmayıl Səmədov



İsmayıl Səmədov 1990-cı il avqustun 9-da Zaqatala rayonunun Lahıc kəndində dünyaya göz açıb. 1996–2005-ci illərdə Qoca Qocayev adına Lahıc kənd tam orta məktəbində, 2005–2007-ci illərdə isə Kimya-Biologiya Təmayüllü Liseydə təhsil alıb. O 2007–2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. İsmayıl ailəli idi, ondan 2 övladı yadigar qalıb.

Şəhidimiz 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Həmin ildə XTQ kursuna yazılıb və kursu birinciliklə bitirib. 2011-ci ilin yay aylarından Xızıda "N" saylı hissədə fəaliyyətə başlayıb.

Azərbaycan Ordusunun kapitanı olan İsmayıl Səmədov 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük şanlı Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. İsmayıl oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub. O Zaqatala rayonunun Lahıc kəndində torpağa tapşırılıb.

Ərazi bütövlüyümüzün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Səmədova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

Şəhidimiz, həmçinin, ölümündən sonra prezident tərəfindən "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 

Hiç yorum yok:

Yorum Gönder

Pages