Şəhid Elnur Sərxan oğlu Zeynalov



Bakmiltv.info XƏBƏR verirki, Elnur Zeynalov 28 iyul 1994-cü ildə Naxçıvan şəhərində anadan olub.İlk təhsilini Naxçıvan şəhər M. C. Cəfərov adına 14N-li tam orta məktəbdə aldıqdan sonra, 2008-ci ildə Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə Hərbi Liseyi bitirdikdən sonra həmin ili Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. 2015-ci il Azərbaycan Ali Hərbi Məktəbini Xüsusi Təyinatlı ixtisası üzrə bitirir.

2015-ci ildə Ağstafa rayon N saylı Hərbi hissədə Kəşfiyyat qrup komandiri vəzifəsində işləməyə başlayır.

2018-ci ildə Baş Leytenant rütbəsini alır. Həmin ili Xüsusi Təyinatlı kurslarına yazılır və kursu müvəffəqiyyətlə bitirir. Bu illər ərzində bir çox kurslarda iştirak edir (Snayper kursu, Xüsusi Təyinatlı Dalğıc Kəşfiyyatçı kursu, Antiterror kursu, Xüsusi Təyinatlı kursu, Paraşüt kursu).

2020-ci ilin iyun ayında təyinatı üzrə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı N saylı hərbi hissəsinə yollanır.

2020-ci ilin 27 sentyabrdan başlanan Vətən Müharibəsinin ilk günlərindən döyüş meydanında olur. O Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edir.

2020-ci ilin 31 oktyabrda Xocavənd rayonunun Qızılqaya yüksəkliyi (432.9) uğrunda gedən döyüşlərdə şəhid olur.

Ölümündən əvvəl "Azərbaycan Silahlı Qüvvələrinin "95 illiyi", "100 illik" yubiley medalı ilə təltif olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Qarabağ" Ordeni, "Vətən Uğrunda", "Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd rayonlarının azad olunmasına görə" medalları ilə təltif olunub.

Hiç yorum yok:

Yorum Gönder

Pages