Sergey Şoyqu Heydər Əliyevin məzarını ziyarət etdi - Video



Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu çərşənbə axşamı Bakıya işgüzar səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Bakmiltv.info xəbər verir ki, Şoyqu həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət edib.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev, eləcə də Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşüb.


Hiç yorum yok:

Yorum Gönder

Pages