Azərbaycan parataekvondoçusu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, K44 kateqoriyası üzrə 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu mərhələdə türkiyəli Can Özcanla üz-üzə gəlib.
Rəqibinə 18:23 hesabı ilə uduzan Zeynalov bürünc medal uğrunda qarşılaşmada iştirak hüququ qazanıb.
Qeyd edək ki, yarışa sentyabrın 8-də yekun vurulacaq.
***
Parataekvondoçu Sabir Zeynalov (58 kq) Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
“Report”un məlumatına görə, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib.
Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.
Hiç yorum yok:
Yorum Gönder