Rusiyada dustaqlar qiyam qaldırdı: ölənlər var - Video



Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı təcridxananın dustaqları qiyam qaldırıblar.

Bakmiltv.info xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidməti məlumat yayıb.

Məlumata görə, dustaqlar qiyam zamanı girovlar götürüblər. Həbsxananın rəisi 45 yaşlı Andrey Devyatov qiyamçılar tərəfindən girov saxlanılır.

Federal Penitensiar Xidmətin 1 əməkdaşı öldürülüb, daha 3 nəfər isə ağır yaralanıb.

***

“Baza” Teleqram kanalının məlumatına görə, öldürülənlərin sayı 3-ə çatıb. Həbsxana rəisi Andrey Devyatov ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Qiyamçılar iki milyon dollar və helikopter tələb ediblər.

Hiç yorum yok:

Yorum Gönder

Pages