Rejissor Səməd Mərdanovun anım günüdür.




Səməd Haşım oğlu Mərdanov (Səməd Mərdani) Tiflisdə anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmiş ilk azərbaycanlı kinorejissor olub (1935). Sergey Eyzenşteynin tələbəsi olub. Bir müddət Bakı Teatr Texnikumunun kino şöbəsində dərs deyib (1937-1938). Səməd Mərdanov 1939-cu ildə vəfat edib.
Rejissor Səməd Mərdanov aktyor Mustafa Mərdanovun qardaşıdır.

Filmoqrafiya:
Köçərilər (1933, tammetrajlı sənədli film) – rejissor
Mavi dənizin sahilində (1935, tammetrajlı bədii film) – ikinci rejissor, musiqi tərtibatçısı
Kəndlilər (1939, tammetrajlı bədii film) – rejissor

Hiç yorum yok:

Yorum Gönder

Pages