Rejissor, aktyor Aqil M.Quliyevin ad günüdür.Can sağlığı arzu edirik




Aqil Quliyev Məzahir oğlu Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “bədii kino və televiziya rejissorluğu” fakültəsində təhsil alıb (1990-1996). 1989-cu ildə "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi kimi fəaliyyətə başlayıb. 1992-ci ildən aktyor kimi də filmlərdə çəkilir. "MİR" Teleradio Şirkətinin və Azərbaycan televiziyasının müxtəlif verilişlərinin rejissoru olub. ABA TV-də reklam rejissoru kimi çalışıb (1997-1999). 2000-2006-cı illərdə müstəqil prodüser və rejissor kimi reklam və musiqi klipləri ilə məşhurlaşıb. "Academy Production" şirkətinin içraçı direktoru vəzifəsində çalışıb (2006-2007). Rusiya istehsalı olan “Biz sizə müharibə elan edirik” (2010, rejissor İqor Xolodkov) serialında Ruslan rolunda çəkilib. 2007-ci ildən "Aqil M.Film" şirkətinin təsisçisi və bədii rəhbəridir.

Filmoqrafiya:
Kənar adamlar (1992, tammetrajlı bədii film) – aktyor (Qabil)
Ümid (II) (1995, tammetrajlı bədii film) – aktyor (kor oğlan)
Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996, tammetrajlı bədii film) – ssenari müəllifi
Leyli və Məcnun (III) (1996, tammetrajlı film-tamaşa) – aktyor (Məcnun)
Azərbaycan xalçası (1997, qısametrajlı sənədli film) – aktyor (aparıcı)
Ailə (1998, tammetrajlı bədii film) – aktyor (İqor)
Hotdoq (1998, qısametrajlı bədii film) – aktyor
Otel otağı (1998, tammetrajlı bədii film) – aktyor (Tamillanın qohumu)
Bəyaz həyat (2003, bədii serial) – aktyor (Zaur)
Cəsur zərifin seçimi... (2009, qısametrajlı sənədli televiziya filmi) – filmi səsləndirən
Kubinka (2011, qısametrajlı sənədli film) – rejissor
Ağ-qara gecələr (2013, tammetrajlı bədii film) – aktyor
4.1 Şəhər motivləri – Zabit şərəfi (2015, tammetrajlı bədii film, kinoalmanax) – aktyor
Kəklikotu (2017, tammetrajlı bədii film) – aktyor

Hiç yorum yok:

Yorum Gönder

Pages