Tədbirin sonunda Ələsgər Vəliyev geniş məruzə ilə çıxış etdi. O, öz seçki platforması barəsində məlumat verdi. Tədbirin sonunda görüş iştirakçıları xatirə fotosu çəkdirdilər.
25 avqust 2024-cü il tarixində Asiya Universitetinin Akt zalında 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən deputatlığa namizəd müharibə veteranı polkovnik-leytenant Ələsgər Vəliyevlə görüş keçirildi. Görüşü şair-publisist İmran Qasımov açdı. Tədbirdə Azərbaycan Respulikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi. İmran Qasımov Milli Məclisə namizəd Ələsgər Vəliyev haqqında ətraflı məlumat verdi. Onun yazdığı səngər qoxulu "İbrət" kitabı barəsində danışdı. Görüşdə çıxış etdilər AVMVİB sədrinin beynəlxalq əlaqələr üzrə müavini-Nəsimi rayon şöbəsinin sədri polkovnik Elmar Hüseynov, AVMVİB-nin Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov, 43 saylı Sumqayıt ikinci seçki dairəsindən namizəd Anar Hüseynov, müharibə veteranı Qafqaz Əhmədov, müharibə veteranı Azad Cəbrayılov, Bəylər müəllim, Dilşad xanım, Qazi Hafiz Həsənov, Qazi Məmmədov Hüseynqulu, Ağsaqqal İsfəndiyar Hüseynov.
Hiç yorum yok:
Yorum Gönder