Polkovnik leytenant Aqil Unbatovun avqust ayının 4- də vəfatından 2 il ötüb.




Yüksək peşəkarlığı, dərin zəkası,gözəl nitq qabiliyyəti, təşkilatçılıq bacarığı, intellektual səviyyəsi, idarəclik  qabiliyyəti və səmimyyəti  ilə seçilən, polkovnik leytenant  Aqil Cəlal oğlu Umbatov 1962-ci il oktyabrın 27-də  Gürcüstan Respublikasının  Dumanis rayonunun Yaqublu kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.

2022 -ci illin avqust ayının 4 -də Bakı şəhər Hövsan qəsəbəsində  59 yaşında   qəflətən vəfat etmişdir.

 Heç kəsi özündən  incitməyən, xoş rəftarı  və şirin dilli ilə hərkəslə  doğmalıq münasibəti  yaradan Aqil Unbatov 1969-ci ildə Dumanis rayonunun Yaqublu  kənd orta məktəbinə birinci sinifə getmiş , 1979-cu  ildə Bakı şəhərinin Xətai rayonunda tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun Avtomatik və  Hesablama Texnikası fakultəsinə daxil olmuş və 1984-cü  ildə həmin İnstitutu fəriqlənmə diplomu ilə bitirmişdir.

Əhatəsində olan insanların, döyüşcü və iş yoldaşlarının hörmətini  qazanan, ictimai işlərdə fədakarlıq göstərən, dostlarına, yaxınlarlna isti münasibətdə Aqil Unbatov 1984-1987-ci  illərdə  “Xəzri” Zaqafqaziya Texnoloji montaj  idarəsinin Xüsusi Konstruktor bürosunda mühəndis və böyük mühəndis, 3-cü   şöbənin rəisi vəzifələrində işləmişdir.
Dövlətçiliyimızın möhkəmləndirilməsi üçün  var qüvvəsi  ilə yorulmadan çalışan, müharibə veteranı- polkovnik  leytenat Aqil Umbatov 1987-1988-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində, 1989-1992-ci illərdə Bakı şəhəri Elektron Hesablama Maşınları Zavodunun Xüsusi Konstruktor bürosunda, «Elektron » və «Saturn»  kiçik Dövlət müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır.
Əsil vəndaşlıq mövqeyi ilə secilən, 1991-1994-cü illərdə  Azərbaycanın  ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və xüsusi  əməliyyatlarda içtirak edərək üzərinə vəzifə və tapşrıqların  öhdəsindən layiqincə gəlmiş,  müharibə veteranı – polkovnik-  leytenat  Aqil   Unbatov   1992-2012 ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Nərmanov,Lənkaran və Xətai  ragonlarında yerləşən hərbi hissələrində və əlahiddə bölmələrdə  hərbi hissənin Rabitə və Ais xidmət rəisi, dayaq rabitə qovşağınin rəisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə Xüsusi  rabitə Xidmətlərinin ilk rəisi vəzifələrində  Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Aqil Unvatov Daxili Qoşunlarından  Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra 2013-2020-ci illərdə isə Baki şəhər Şüşə zavodunda mühəndis elektronçu vəzifəsində işləmişdir .
Aqil Umbatov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü nizam-intizamlı hərbiçi kımı göstərmişdir. O, işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək başqaları üçün  həmişə  nümunə olmuşdur . 
Aqil Umbatov qorxmaz, vətənpərvər,  əliaçıq, insanpərvər, vəfalı, zəhmətkeş insan kimi xarakterizə olunurdu.
Öz xidməti vəzifələrini və xüsusi rabitə xidmətinin, hərbi hissənin  (dayaq rabitə qovşağının) qarşısında  qoyulmuş  tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə əla xidmətlərə görə əlacı  və yubiley  döş  nişanları ilə təltif olunmuş , bir çox  fərmanlarla  qiymətli  hədiyələrlə  mükafatlandırılmış  və ona  təşəkkur elan edilmişdir.  
Polkovnik - leytenat Aqil Umbatovun Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında  səmərəli fəaliyyəti həmişə lazımınca  qiymətləndirlib.Cinayətkarlığa  qarşı  mübarizə və ictimai  asayişin  qorunmasında,  xidməti vəzifələrin yerinə yetirilməsində  fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə  aşağıdakı medallarla təltif olunub:
1.”Qüsursuz xidmətlərə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
  2.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin  10 illiyi (1991-2001)” yubiley  medalı ilə;
5.”Azərbaycab Respubilkasının Silahlı Qüvvələrin  90 illiyi (1918-2018)” yubiley medalı ilə.
Səmimi,
insanpərvər, xeyirxah, vətənpərvər,işgüzar və gözəl insan,müharibə veteranı- polkovnik -leytenat  Aqul Unbatovun əziz xatirəsi onu tanyanların  qəlbində  həmişə yaşayacaqdır.

Allah rəhmət etsin, məkanı  cənnət olsun. 

Azərbaycan Respublikasının  Silahlı Qüvvələr və  Müharibə Veteranı polkovnik Salman Musayev
 

Hiç yorum yok:

Yorum Gönder

Pages