Polkovnik Bəxtiyar Abdullayevin vəfatından 2 il ötür.




Bir gün dünyaya  gələn insan bir gün də onu tərk edir. Bu iki gün arasındakı ömür payında  onun gördüyü işlər, əməllər,dediyi sözlər, düşündüyü fikirlər,
iştirak   etdiyi hadisələr insanların xatirəsində  qalır. Elə insanlar  vardır kı,  onlar haqqında xatirələr insanların qəlbinə təsir edir və göz  yaşlarına  səbəb olur. Belə insanlardan biri də  Daxili işlər Nazirliyin (Din-in)  Dövlət Yanğından Mühafizə İdarəsinin və Din-in Daxili Qoşunlarının həyatında öz dəst-xətti və  xüsusi xidmətləri  olan, yüksək peşəkarlığı ,dərin zəkası,gözəl nitq qabiliyyəti,
səmimiyyəti, işgüzarlığı,böyük idarəclik, təşkilatclıq  bacarığı, iradı və mənəvi keyfiyyətləri ilə seçilən,  ömrünün ən məhsuldar  dövrünü  Dövlət Yanğından  Mühafizə İdarəsində və   Daxili Qoşunlarda keçirmiş, polkovnik Abdullayev Bəxtiyar  Fəttah oğlunun vəfatından  avqust ayının  12 -də iki il  ötür. 

Azərbaycan Respubilkasının Sillahlı Qüvvələri və müharibə  veteranı-  polkovnik Abdullayev Bəxtiyar Fəttah oğlu  1958-ci ilin avqust ayının 12-də Ağsu rayonunun Dilman kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur .
    Əhətəsində olan insanların, döyüşçü və iş yoldaşlarının hörmətini qazanan, ictimai işlərdə fədakarlıq göstərən, dostlarına,
iş yoldaşlarına, yaxınlarına,isti münasibətdə olmuş Bəxtiyar Abdullayev1965-1975-ci ilərdə Ağsu rayonunun Dilman və Kalva kənd orta məktəbələrində  orta təhsilini başa vurmuşdur. Polkovnik Bəxtıyar Abdullayev 1975-ci ildə Bakı Mədəni Maarif Texnikomuna daxil olmuş,  1977-ci ildə  həmin Texnikomu,1980- ci ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni maarif fakultəsinə daxil olmuş, 1985-ci ildə həmin İnstitutu bitirmişdir .
     
Əsli vətəndaşlıq mövqeyi ilə seçilən, xeyirxah və ziyalı insan,ictimayət və kənd camaatı arasında özünə layıq hörmət qazanmış polkovnik Bəxtıyar Abdullayev 1978-1980-ci illərdə Arxangelsk vilayətinin Şenkursk şəhərində Havadan Müdafiə Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə rabitəçi  vəzifəsində olmuşdur .
     
Heç kəsi özündən  incitməyən,xoş rəftarı və şirin dili ilə hərkəslə doğmalıq münasibəti yaradan Bəxtiyar Fəttah oğlu Abdullayev1980-1991-ci illərdə Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsinin 5 nömrəli yanğından mühafizə dəstəsində siyasi şöbənin təlimatçısı, dəstə rəisinin müavini,  1992-ci ildən 2012-ci ilin son ayına kimi Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının Baş İdarəsinin  hərbi hissələrində hərbi hissə komandirinin tərbiyəvi işləri üzrə müavini, Agdam rayonunda yerləşən hərbi hissənin komandiri, Daxili Qoşunların  Baş İdarəsinin  mətbuat.xidmətinin rəisi  və beynalxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi vəzifələrində xidmət etmişdir.
      Dövlətçiliyimizin möhkəmləndirilməsi ücün  var qüvvəsi ilə  yorulmadan calışmış Bəxtiyar Abdullayev erməni təcavüzkarlarına qarşı aparılan döyüş əməliyyatları zamanı dəfələrlə döyüş tapşırıqlarını yerinə yetirmiş,özünü bir komandir kimi doğrultmuşdur. Belə ki, 25 iyun 1992-ci  tarixdə Əliağalı kəndində gedən döyüşlərdə onun başçılıq etdiyi şəxsi heyət düşmənin qarşısından  geri cəkilməmiş, xeyli davam edən döyüşdən sonra düşmən geri oturdulmuşdur.                    
       Polkovnik Bəxtiyar Abdullayev, Ağdam rayonunun onlarla yaşayış məntəqəsinin düşmən hücumundan müdafiəsi üzrə əməliyyatlarda  yaxından iştirak etmişdir. O, 16 iyun 1993 -ci ildə Ağdam rayonunun Əlimədətli yaşayış məntəqəsinin düşmən hücumundan müdafiəsi zamanı ağır yaralanmış dır.2-ci qrup müharibə əlili idi.
             Bəxtiyar Abdullayev Daxili Qoşunların Baş İdarəsinin Beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi vəzifələrində xidmət etdiyi illər ərzində Daxili Qoşunların Nümayəndə heyətinin tərkibində Ankarada, İstanbulda, Moskvada və Brüsseldə işgüzar səfərdə olmuşdur.   
       Bəxtiyar Abdullayev Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin, Daxili Qoşunların Bas İdarəsinin mətbuat xidməti və beynəlxalq hərbi əməkdaşlıq şöbəsi üzrə əsasnamələrin   tələblərinə və vəzifə borcuna əməl  etməkdə tabeliyindəkilər ucun nümunə olmuşdur.
    Bəxtiyar Abdullayev, humanistliyi və səmərəlili fəaliyyəti  ilə seçilən,  ömrünün ən məhsuldar dövrünün 34 ildən cox şərəfli xidmət yolunun  on dörd ilini   Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə İdarəsində, iyrimi ilini isə Daxili Qoşunlarda   keçirərək, Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
      Bəxtiyar Abdullayev Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrində hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində xidmət etdiyi illər ərzində o,səmərəli fəaliyyəti ilə, işgüzar və mənəvi keyfiyyətilə, nəzəri və praktiki biliyi ilə üzərinə düsən vəzifələrin və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
         Müharibə və Silahlı Qüvvələr Veteranı- polkovnik  Bəxtiyar Abdullayev  Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə İdarəsində və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş  İdarəsinin Şöbə və xidmətlərinidə, hərbi hissə və bölmələində işlədiyi müddətdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə o, Daxili İşlər  Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Din-in Baş Yanğından Mühafizə idarə rəisinin, xidmət etdiyi hərbi hissənin komandirinin müvafıq əmrləri ilə  əlacı  və yubiley döş nişanları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılmış və ona təşəkkür elan olunmuşdur.
      
Bəxtiyar  Abdullayev Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin və tapşırıqların yerinə yetirilməsində, silahlı dəstələrin zərərsizləşdirilməsində, cinayətkarlığa qarşı mübarizdə,ictimai təhlükəsizliyin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün  təmin edilməsində, döyuş və xüsusi əməliyyatlar zamanı igidlik göstərdiyinə,öz vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə görə, Azərbaycan Respublikası Prezidentinin və Daxili İşlər Nazirinin müvafiq sərəncam və əmrləri ilə  aşağıdakı medallarla  təltif olunub:
 
1."Vətən uğrunda"  medalı ilə;

2."Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı" medalı ilə;
3." Hərbi xidmətdə fərqlənməyə görə " 3-cü  dərəcəli medal ilə;
4."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin  "10 illiyi ( 1991 - 2001)” yubiley  medalı ilə;
5."Azərbaycan  Respublikası Silahlı Qüvvələrin  90 illiyi  ( 1918 - 2008 )” yubiley   medalı ilə;
6.“Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə  10 təqvim   ili xidmətə görə;
7."Qüsursuz  xidmətə görə" 2-ci dərəcəli medal ilə  - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə.
8.”Qusursuz xidmətə görə 1 -ci  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim  ili xidmətə görə.
                             Allah Abdullayev Bəxtiyar Fəttah oğluna  rəhmət eləsin,məkanı cənnət olsun.Amin!

Azərbaycan Respubilkasının Silahlı  Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages