Bir gün dünyaya gələn insan bir gün də onu tərk edir. Bu iki gün arasındakı ömür payında onun gördüyü işlər, əməllər,dediyi sözlər, düşündüyü fikirlər,
iştirak etdiyi hadisələr insanların xatirəsində qalır. Elə insanlar vardır kı, onlar haqqında xatirələr insanların qəlbinə təsir edir və göz yaşlarına səbəb olur. Belə insanlardan biri də Daxili işlər Nazirliyinin (Din-in) Dövlət Yanğından Mühafizə İdarəsinin və Din-in Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan, yüksək peşəkarlığı ,dərin zəkası,gözəl nitq qabiliyyəti,səmimiyyəti, işgüzarlığı,böyük idarəclik və təşkilatclıq bacarığı, iradı və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Dövlət Yanğından Mühafizə İdarəsində və Daxili Qoşunlarda kecirmiş polkovnik Abdullayev Bəxtiyar Fəttah oğlu iki ildən çoxdur (12.08.2022-ci ildən) aramızda yoxdur, ədəbiyyata, haqq dünyasına qovuşub.Əgər sağ qalsaydı, avqust ayının 28 -də 66 yaşını qeyd edəcəkdi.Təəssüflər olsun ki ömür vəfa etmədi.Vaxtilə doğmalarını,yaxın qohumlarını, dostlarını, iş yoldaşlarını,nəcib insanları xatırlayan Bəxtiyarin indi özü xatırlanacaq, şirin- duzlu sözləri yada salınacaq.
Azərbaycan Respubilkasının Sillahlı Qüvvələri və müharibə veteranı- polkovnik Abdullayev Bəxtiyar Fəttah oğlu 1958-ci ilin avqust ayının 28-də Ağsu rayonunun Dilman kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.
Əhətəsində olan insanların, döyüşçü və iş yoldaşlarının hörmətini qazanan, ictimai işlərdə fədakarlıq göstərən, dostlarına,
iş yoldaşlarına, yaxınlarına,isti münasibətdə olmuş Bəxtiyar Abdullayev1965-1975-ci ilərdə Ağsu rayonunun Dilman və Kalva kənd orta məktəbələrində orta təhsilini başa vurmuşdur.
Polkovnik Bəxtıyar Abdullayev 1975-ci ildə Bakı Mədəni Maarif Texnikomuna daxil olmuş, 1977-ci ildə həmin Texnikomu,1980- ci ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni maarif fakultəsinə daxil olub, 1985-ci ildə həmin İnstitutu bitirmişdir.
Əsli vətəndaşlıq mövqeyi ilə seçilən, xeyirxah və ziyalı insan,ictimayət və kənd camaatı arasında özünə layıq hörmət qazanmış polkovnik Bəxtıyar Abdullayev 1978-1980-ci illərdə Arxangelsk vilayətinin Şenkursk şəhərində Havadan Müdafiə Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə rabitəçi vəzifəsində olmuşdur .
Heç kəsi özündən incitməyən,xoş rəftarı və şirin dili ilə hərkəslə doğmalıq münasibəti yaradan Bəxtiyar Fəttah oğlu Abdullayev1980-1991-ci illərdə Daxili İşlər Nazirliyinin Yanğından mühafizə idarəsinin 5 nömrəli yanğından mühafizə dəstəsində siyasi şöbənin təlimatçısı, dəstə rəisinin müavini, 1992-ci ildən 2012-ci ilin son ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissədə hərbi hissə komandirinin tərbiyəvi işləri üzrə müavini, Agdam rayonunda yerləşən hərbi hissənin komandiri, Daxili Qoşunların Baş İdarəsinin mətbuat xidmətinin rəisi və beynalxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi vəzifələrində xidmət etmişdir.
Dövlətçiliyimizin möhkəmləndirilməsi ücün var qüvvəsi ilə yorulmadan çalışmış polkovnik Bəxtiyar Abdullayev erməni təcavüzkarlarına qarşı aparılan döyüş əməliyyatları zamanı dəfələrlə döyüş tapşırıqlarını yerinə yetirmiş,özünü bir komandir kimi doğrultmuşdur. Belə ki, 25 iyun 1992-ci tarixdə Əliağalı kəndində gedən döyüşlərdə onun başçılıq etdiyi şəxsi heyət düşmənin qarşısından geri cəkilməmiş, xeyli davam edən döyüşdən sonra düşmən geri oturdulmuşdur.
Polkovnik Bəxtiyar Abdullayev, Ağdam rayonunun onlarla yaşayış məntəqəsinin düşmən hücumundan müdafiəsi üzrə əməliyyatlarda yaxından iştirak etmişdir.
O, 16 iyun 1993 -ci ildə Ağdam rayonunun Əlimədətli yaşayış məntəqəsinin düşmən hücumundan müdafiəsi zamanı ağır yaralanmış dır.2-ci qrup müharibə əlili idi.
Bəxtiyar Abdullayev Daxili Qoşunların Baş İdarəsinin Beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi vəzifələrində xidmət etdiyi illər ərzində Daxili Qoşunların Nümayəndə heyətinin tərkibində Ankarada, İstanbulda, Moskvada və Brüsseldə işgüzar səfərdə olub.
Bəxtiyar Abdullayev Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin, Daxili Qoşunların Bas İdarəsinin mətbuat xidməti və beynəlxalq hərbi əməkdaşlıq şöbəsi üzrə əsasnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ucun nümunə olmuşdur.
Bəxtiyar Abdullayev, humanistliyi və səmərəli fəaliyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 34 ildən cox şərəfli xidmət yolunun 14 (on dörd) ilini Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə İdarəsində, 20 (iyrimi ilini) isə Daxili Qoşunlarda keçirərək,Millətə Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Bəxtiyar Abdullayev Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrində hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində xidmət etdiyi illər ərzində o,səmərəli fəaliyyəti ilə, işgüzar və mənəvi keyfiyyətilə, nəzəri və praktiki biliyi ilə üzərinə düsən vəzifələrin və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı- polkovnik Bəxtiyar Abdullayev Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə İdarəsində və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin şöbə və xidmətlərinidə, hərbi hissə və bölmələində işlədiyi müddətdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə o, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Din-in Baş Yanğından Mühafizə İdarə rəisinin, xidmət etdiyi hərbi hissənin komandirinin müvafıq əmrləri ilə "əla xidmətlərə görə" əlacı və yubiley döş nişanları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan olunub.
Bəxtiyar Abdullayev Qanunvericliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin və tapşırıqların yerinə yetirilməsində, silahlı dəstələrin zərərsizləşdirilməsində, cinayətkarlığa qarşı mübarizdə,ictimai təhlükəsizliyin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, döyuş və xüsusi əməliyyatlar zamanı igidlik göstərdiyinə, öz vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə görə, Azərbaycan Respublikası Prezidentinin və Daxili İşlər Nazirinin müvafiq sərəncam və əmrləri ilə aşağıdakı medallar təltif olunub:
1."Vətən uğrunda" medalı ilə;
2."Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı" medalı ilə;
3." Hərbi xidmətdə fərqlənməyə görə " 3-cü dərəcəli medal ilə;
4."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi ( 1991 - 2001)” yubiley medalı ilə;
5."Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi ( 1918 - 2008 )” yubiley medalı ilə;
6.“Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
7."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə.
8.”Qusursuz xidmətə görə 1 -ci dərəcəli medal medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
Allah Abdullayev Bəxtiyar Fəttah oğluna rəhmət eləsin,məkanı cənnət olsun.Amin!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder