Paris-2024: Türkiyə millisi yarımfinalda!



Türkiyənin qadınlardan ibarət voleybol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.

Bakmiltv.info xəbər verir ki, yığma 1/4 final mərhələsində Çin kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma qardaş ölkənin qələbəsi ilə bitib - 3:2 (23:25, 25:21, 26:24, 21:25, 15:12)

Beləliklə, Türkiyə millisi yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Hiç yorum yok:

Yorum Gönder

Pages