Operator Sərvər Rəşidoğlunun ad günüdür.




Sərvər Rəşidoğlu (Sərvər Quliyev Rəşid oğlu) Balakəndə anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində təhsil alıb (1984). 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasında fəhlə kimi fəaliyyətə başlayıb. Daha sonra “Xronikal, sənədli filmlər” studiyasında operator assistenti, ikinci operator, operator işləyib (1980-2000). 2000-ci ildən Lider televiziyasında çalışıb. Hazırda Azərbaycan televiziyasının əməkdaşıdır.

Filmoqrafiya:
Babamızın babasının babası (1981, tammetrajlı bədii film) – operator assistenti
Evlənmək istəyirəm (1983, tammetrajlı bədii film) – operator assistenti
Köhnə bərə(1984, tammetrajlı bədii film) – operator assistenti
Tənha narın nağılı (1984, tammetrajlı bədii film) - operator assistenti
Şəhərli biçinçilər (1985, tammetrajlı bədii film) – ikinci operator
Qəm pəncərəsi (1986, tammetrajlı bədii film) – ikinci operator
Kişi sözü (1987, tammetrajlı bədii film) – ikinci operator
Süd dişinin ağrısı (1987, tammetrajlı bədii film) – ikinci operator
Alman klinikasına şəxsi səfər (1988, tammetrajlı bədii film) – ikinci operator
Boş yer(1989, qısametrajlı bədii film) – ikinci operator
Ölsəm... bağışla (1989, tammetrajlı bədii film) – ikinci operator
Azadlığa gedən yollar (1990, tammetrajlı sənədli film) – operator
Qətl günü (1990, tammetrajlı bədii film) – ikinci operator
Şahid qız (1990, tammetrajlı bədii film) – ikinci operator
Tələ (1990, tammetrajlı bədii film) – ikinci operator
Şirbalanın məhəbbəti (1991, tammetrajlı bədii film) – ikinci operator
Etiraf (1992, tammetrajlı bədii film) – ikinci operator
Haray (II) (1993, tammetrajlı bədii film) – ikinci operator
Qara Volqa (1994, tammetrajlı bədii film) – operator
Qədirin sorağında (1994, sənədli film) – operator
Ağ atlı oğlan (1995, tammetrajlı bədii film) – ikinci operator
Zirvəyə gedən yol (II) (1995, sənədli film) – operator
Qarabağ şikəstəsi (1996, qısametrajlı bədii film) – operator assistenti
Son döyüş (1996, tammetrajlı bədii film) – ikinci operator
Vətən mənə oğul desə (1996, sənədli film) – operator
Hər şey yaxşılığa doğru (1997, qısametrajlı bədii film) – operator assistenti
Ailə (1998, tammetrajlı bədii film) – ikinci operator
Sarı gəlin (1998, tammetrajlı bədii film) – ikinci operator
Etimad telefonu (2001, tammetrajlı bədii film) – operator assistenti
Bir gecə (2002, film-tamaşa) – operator
Güllələnmə təxirə salınır!... (2002, tammetrajlı bədii film) – ikinci operator
Ovsunçu (2002, tammetrajlı bədii film) – operator assistenti
İz (2003, qısametrajlı bədii film) – operator
106 nömrəli avtobusda partlayış (2004, sənədli film) – operator (kollektiv)
Dumanlı keçid (2004, sənədli film) – operator
Etiraf (II) (2004, tammetrajlı sənədli film) – operator
Katarsis (2004, sənədli film) – operator
Üzü gündoğana tikilən evlər (2004, sənədli film) – operator
Bakı toyları (2005, sənədli film) – operator
“Hacı Mail” nağılı (2005, tammetrajlı sənədli film) – operator
Azərbaycan Respublikasının mayakları (2006, sənədli film) – operator
Dəniz borcu qaytarır (2006, sənədli film) – operator
Aqil Əliyev. Böyük alim, böyük insan (2007, sənədli film) – operator
Bakı bağları (2007, sənədli serial) – operator
Böyük ömrün 7 anı (2007, sənədli film) – operator
Əziz Əliyev (2007, sənədli film) – operator
İrəvan və İrəvanlılar (2007, sənədli film) – operator
Seçilmişlər (2007, sənədli film) – operator
Təbiətin xilaskarı (2007, sənədli film) – operator
Azərbaycan qalaları (2008-2009, sənədli serial) – operator
Dənizlə danışan adam (2010, sənədli film) – operator
Hər kim yüz il yaşamasa (2010, sənədli serial) – yaradıcı heyətin üzvü
Azərbaycan xalçaları (II) (2010-2011, sənədli serial) – yaradıcı heyətin üzvü
Zamanın burulğanında (2012, tammetrajlı sənədli film) – operator
İki cəbhə arasında (2014, sənədli film) – operator
Tariximiz... Torpağımız... Taleyimiz... (2014, sənədli serial) - operator
İstiqlal təşnəsi (2015, tammetrajlı sənədli film) – operator
İkinci Vətən (2017, sənədli film) – operator
Azərbaycan çayı (III) (????, sənədli film) – operator

Hiç yorum yok:

Yorum Gönder

Pages