Bir gün dünyaya gələn insan,bir gündə onu tərk edir.İki gün arasındqkı ömür payında onun gördüyü işlər əməllər,dediyi sözlər,düşündüyü fikirlər,hadisələr,insanların xatirəsində qalır.Elə insanda vardır kı,onun haqqlnda xatirələr insanların qəlbinə təsir edir və göz yaşına səbəb olur. Belə insanladan biridə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan, peşəkarlığı, humanistliyi, vətənpərvərliyi,iradi, mənəvi keyfiyyəti və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili işlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının Binəqədi rayonunda yerləşən hərbi hissədə və Daxili Qoşunların Baş İdarəsinin Qərargahında müxtəlif vəzifələrdə kecirmiş, Azərbaycan Respubilkasının müharibə veteranı- baş cavuş Hüşünlü Murad Yusif oğlu idi.
Murad Hüsünlü 2022-ci ilin sentyabr ayının 9-da 52 yaşında dünyasını dəyişib və Bakı şəhəri Suraxanı rayonun Hövsan qəbirsanlığında dəfin edilib.
Təbiətcə cox sakit, təmkinli, işgüzar,qohumcanlı,hamıya əl tutan,heckimin xətirinə dəyməyən,həddindən artıq Millətinə,Dövlətinə Vətəninə,Xalqına bağlı gözəl və xeyirxah insan baş çavuş Hüsünli Murad Yusif oğlu 1970 -cı ilin avqust ayının 21-də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olmuşdur.
Əhətəsində olan insanların,döyüşcü və iş yoldaşlarının hörmətini qazanan,dostlarına, yaxınlarına isti münasbətdə olan Murad Hüsnili 1987-ci ildə Bakı şəhərində 200 saylı orta məktəbi bitrmişdir.1988- 1990-ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xudmətdə olmuşdur.
Zəhmətkeş,cəratətli,sədaqətli,böyük və kicik yerini bilən,öz işini dərindən sevən, verdiyi vədi həmişə dəqiq yerinə yetirən baş cavuş Hüşünlü Murad Yusif oğlu 1992-ci illdə Din-in Daxili Qoşunların Binəqədi rayonunda yerləşən hərbi hissədə müxtəlif vəzifələrdə, 1993- 2012 -ci illərdə isə Daxili Qoşunların Baş İdarəsinin Qərargahında, hərbi çertyojçu, Növbətci xidmətində isə əməliyyat növbətcisinin köməkcisi vəzifələrində,Millətə, Vətənə, Xalqa ləyaqətlə xidmət etmişdir.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən Murad Hüşünlü Azbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsində bir cox hərbi qulluqcular ücün daimi nümnə olmuşdur.
Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili i ilə hərkəslə doğmalıq yaradan Murad Yusif oğlu Hüsnili Azərbaycan Respublikasının ərazi bütövlüyün təmin edilməsində, respublikada cinayətkarlığa qarşı mübarizədə,dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə olunmasında,şəhərlərdə, yaşayış məntəqələrdə və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında,yaşayış məntəqələrində və islah - əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbbi fəlakətlər zamanı və fövqaladə (hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düşən məsul vəzifələri hər zaman layiqincə yerinə yetirmişdir.
Baş cavuş Murad Hüşünlü Yusif oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək, ona həvalə olnmuş vəzifə və tapşırıqları layıqincə yerinə yetirmişdir.44 günlük Vətən müharibəsində də hərbi quluqcılarmızın yanında olaraq öz köməkliyini onlardan əsirgəməmişdir.
Öz xidmət vəzifələrini yerinə yetirərkən xüsusi fərqləndiyinə,döyüş hazırlığındakı,döyüş xidmətindəki, döyüş təlimindəki,döyüş növbəsindəki əla göstəricilərə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirnın, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların Baş İdarəsinin əməliyyat və döyüş hazırlığı idarə və növbətci xidmət rəislərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə və yubiley döş nişanları ilə təltif olunmuş, bir çox fərmanlarla, diplomlarla, qiyməti hədiyyələrlə (pul mükafatları ilə) mükafatlandırılmış ona təşəkkur elan edilmiş və aşağıdakı medallarla təltif olunmuşdur :
1.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.
Səmimi, insanpərvər və zəhmətkeş insan Murad Yusif oğlu Hüşünlünün əziz ruhu hər zaman onu tanıyanların,sevənlərin yadaşında hafizəsində yaşayacaq, onun əziz xatirəsi doğmalarının, yaxınlarının, iş yoldaşlarının,dostlarının,onu tanyanların yadaşında həmişə qalacaq və yad ediləcək. Belə vicdanlı oğuları ilə tanınır Vətən!
ALLAH RƏHMƏT ELƏSİN,
MƏKAN I CƏNNƏT OLSUN!!!
QƏBRİ NURLA DOLSUN.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder