Müdafiə Nazirliyinin Bakı şəhərində və digər bölgələrdə yerləşən tabeliyindəki hərbi hissə və müəssisələrində vakant mühasib və baş mühasib vəzifələrinə mülki şəxslərin müsabiqə yolu ilə işə qəbulu elan edilir.
Nazirlikdən “Bakmiltv.info”ya verilən məlumata görə, ən azı 2 il mühasibatlıq fəaliyyəti üzrə iş stajı olan vətəndaşlar müsabiqədə iştirak edə bilər.
Qəbul zamanı peşəkar mühasib və maliyyə işi üzrə müvafiq sertifikatları olan şəxslərə üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək istəyən 40 yaşadək namizədlər şəxsi telefon nömrələrini qeyd etmək şərti ilə aşağıdakı sənədləri sentyabrın 20-dək mbi-dost@mod.gov.az e-poçt ünvanına göndərə bilərlər:
- tərcümeyi-hal;
- şəxsiyyət vəsiqəsinin surəti;
- diplomun surəti;
- müvafiq setifikatların surəti;
- əmək kitabçası və ya əmək fəaliyyəti barədə bildirişin surəti.
Hiç yorum yok:
Yorum Gönder